Narkotaciri cəzasız buraxmağın qarşılığında külli miqdarda rüşvət aldı… - HƏBS OLUNAN HAKİMLƏ BAĞLI ŞOK FAKTLAR
Xəbər verdiyimiz kimi, Bərdə Rayon Məhkəməsinin sabiq hakimi barəsində cinayət işi başlanıb.
Stopnarkotik.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Bərdə Rayon Məhkəməsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Məhkəmə-Hüquq Şurası ilə birgə araşdırma aparılıb.
İbtidai istintaqla Bərdə Rayon Məhkəməsinin hakimi Əhmədov Elsun Məzahir oğlunun həmin vəzifədə işləyərkən şəxsin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yüngül cəzanın təyin olunması müqabilində onun ailə üzvündən külli miqdarda pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma”nı özündə ehtiva edir. Bu isə o deməkdir ki, hakim Elsun Əhmədov külli miqdarda rüşvət qarşılığında narkotik satıcısını ağır cəzadan xilas edib. Yəni hakim bu qərarı ilə təkcə qanunları pozmayıb, yeniyetmə və gənclərimizin nafrkotik bəlasına düçar edən şəxsə azadlıq verib ki, bununla həm də dövlətimizin gələcəyini məhvə sürükləyən şəbəkəyə “yaşıl işıq” yandırıb. Odur ki, bu kim insanlar xüsusilə ağır cəzaya məhkum edilməlidirlər.
P.S. Mövzunu davam etdirəcəyik.