Münbiçdə ABŞ-Türkiyə PATRULGƏZİNTİSİ
28-06-2018 09:14
Baxış sayı:
3535

Türkiyə ilə ABŞ-ın Suriyanın Münbiç şəhərində ayrı-ayrı hərbi hissələr halında patrul gəzintisi başlamalarından sonra Amerika Müdafiə Nazirliyi (Pentaqon) ilk dəfə bölgədə patrul gəzən Amerikalı əsgərlərin fotolarını paylaşıb. Fotolarda ABŞ əsgərlərinin Türk qoşunlarını izlədiyi də görünür.
ABŞ əsgərlərinin Münbiçdəki patrul keşiyi çəkməsi fotosu Amerikanın "Defense Post" saytında yer alıb. Bu fotolarda Amerikan əsgərlərinin uzaqdan Türk zirehli maşınlarını izlədikləri də görünür. ABŞ və Türk qüvvələri birgə patrul vəzifəsi aparmır. İki ölkənin qoşunları ABŞ rəhbərliyindəki koalisiyanın tanıdığı bir sərhəd xəttinin ikiyə ayırdığı regionda koordinasiya halında paralel patrul keşiyi icra edir.
Müxalifət.az