“Müharibənin ilk saatlarındaca NATO-nun bütün Qara dəniz donanması məhv ediləcək...” - ABŞ-RUSİYA MÜHARİBƏSİ...

Baxış sayı:
4006

Hərbi Dəniz Qüvvələri üzrə amerikalı mütəxəssis Layl Qoldstayn  ABŞ-la Rusiya arasında mümkün müharibədə kimin qalib çıxacağını açıqlayıb.

Virtualaz.org xəbər verir ki, Qoldstayn bu haqda “The National İnterest” jurnalında dərc edilmiş məqaləsində yazır.

Mütəxəssisin proqnozuna görə NATO-nun Qara dənizdəki bütün donanması müharibənin elə ilk saatlarındaca Rusiyanın sualtı qayıqları, yerüstü raket kompleksləri, raket katerləri və “Kinjal” kimi hipersəs sürətli komplekslərlə silahlanmış aviasiyası tərəfindən məhv ediləcək.

Qoldstayn hesab edir ki, Montre konvensiyasına görə Bosfor və Dardanel boğazlarından təyyarədaşıyan gəmilərin keçməsinə qadağa qoyulması ABŞ üçün uğurdur. Çünki əks halda Amerika  donamasının qürur mənbəyi olan təyyarədaşıyanlar da tezliklə batırılardı.

Mütəxəssisin fikrincə ABŞ və Rusiya arasında hərbi toqquşma gərginliyin getdikcə artması səbəbindən tamamilə realdır. Onun sözlərinə görə, Amerika donanmasının Rusiya sahilləri yaxınlığında Ukrayna ilə birgə keçirdiyi təlimlər də gərginliyin artmasına səbəb olur.