Məşhur yazıçıdan Özilə dəstək: Qazanan sən olacaqsan
24-07-2018 12:55
Baxış sayı:
4678

Məruz qaldığı irqçilik və təzyiqlərə görə Almaniya milli komandasında çıxışını dayandıran Məsud Özilə məşhur yazıçı Paulo Koelyodan dəstək gəlib.
Muxalifet.az xəbər verir ki, yazıçı Tvitter vasitəsilə Özilin milli komandadan ayrılmaq qərarına münasibət bildirib.
“Oxumağa dəyər bir mətn: “Uduzanda miqrant oluram”. Özil, keçmişdə və indi baş verənlər barədə nə söyləyirlərsə söyləsinlər, daim qazanan sən olacaqsan”, - Koelyo bildirib.
Xatırladaq ki, Məsud Özil Rəcəb Tayyib Ərdoğanla şəkil çəkdirdiyi üçün göstərilən təzyiqlərə və türk olduğu səbəbindən tənqid olunmasına görə Almaniya milli komandasından ayrıldığını açıqlamışdı.