Əmrə Mor indi də İspaniya klubunda

Türkiyə millisinin və Dortmundun “Borussiya” klubunun gənc üzvü Əmrə Mor İspaniyanın “Selta Viqo” komandası ilə razılığa gəlib.

Muxalifet.az “azərtac”a istinadən xəbər verir ki, “Fənərbağça”nın da yaxından maraqlandığı futbolçu La Liqa təmsilçisinə üstünlük verib. “Selta Viqo” klubu türkiyəli futbolçuya görə Dortmund təmsilçisinə 13 milyon avro ödəyəcək. Futbolçunun özü isə ildə 2 milyon avro qazanacaq.