Mettis Şərqə gedir: ÜÇ ÖLKƏDƏ GÖRÜŞ

Baxış sayı:
7897

ABŞ Müdafiə naziri Ceyms Mettis iyunun 26-da Çinə səfər edəcək.

Bu barədə məlumatı ABŞ Müdafiə Nazirliyi yayıb. Nazirlik səfərin 28 iyuna qədər davam edəcəyini açıqlayıb. Mettisin bundan sonra Cənubi Koreya və Yaponiyaya səfər edəcəyi bildirilib.

Qeyd edək ki, bu, Mettisin 2014-cü ildən bu yana Çinə ilk səfəridir./axar/