Metroda qadını soyan KİŞİ TUTULDU

Baxış sayı:
3547

Bakı metrosunda soyğunçuluq hadisəsi baş verib.

Muxalifət.az xəbər verir ki, Metropolitendə polis şöbəsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın iyunun 25-də saat 7 radələrində “Koroğlu” stansiyasında qatarda naməlum şəxsin onun mobil telefonunu aldığını bildirib.

Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs - Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Elxan Qasımov qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb.

​Faktla bağlı cinayət işi başlanıb.