Medvedev Kadırovun doğulduğu kəndin adını dəyişdirdi - FOTO

Baxış sayı:
9713

Çeçenistan rəhbəri Ramzan Kadırovun doğulduğu Tsentaroy kəndinin adı dəyişdirilib.

TASS xəbər verir ki, bu barədə Rusiya Baş naziri Dmitri Medvedev müvafiq sənəd imzalayıb.

Sözügedən kənd bundan sonra Əhməd-Yurd adlanacaq.

Qeyd edək ki, kəndin adını daşıdığı Əhməd Kadırov hazırkı rəhbərin atası və Çeçenistanın keçmiş lideridir.