"Makron 10-15 dəqiqə sonra Putinlə Zelenskinin söhbətini kəsdi" - PESKOVDAN AÇIQLAMA

Baxış sayı:
2889

Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski bir sıra məsələlər üzrə anlaşmadan uzaqdır. Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib. "Putin və Zelenski bir-birləri ilə danışmağa başladılar. Yenə də onlar bir sıra məsələlərdə anlaşmadan uzaqdırlar, fərqli terminologiyadan istifadə edirlər. Onlar 10-15 dəqiqə üzbəüz söhbət etdilər. Daha sonra "Normand formatı"nda çalışmağa israr edən Fransa prezidenti onların söhbətini kəsdi", - deyə Peskov ikitərəfli görüşün təfərrüatını açıqlayıb. Qeyd edək ki, iki lider dekabrın 9-da Parisdə "Normand formatı" sammiti zamanı görüşüblər.