Liviyanın Misir səfirliyi fəaliyyətini dayandırdı

Baxış sayı:
3070

Beynəlxalq birliyin tanıdığı Liviya Milli Saziş Hökuməti “təhlükəsizlik səbəbiylə” Qahirə şəhəindəki səfirliyin fəaliyyətini dayandıqdığını açıqladı.
Muxalifet.az 
bu barədə "Hurriyet"-ə istinadla xəbər verir.
Səfirliyin Misirdəki Liviya vətəndaşlarına ünvanladığı müraciətdə fəaliyyətin ikinci bir təlimata qədər dayandırıldığı bildirilir.
Misir XİN-dən məsələ ilə bağlı hər hansı bir mövqe açıqlanmadı. Lakin Misirin rəsmi xəbər agentliyi MENA Liviya səfirliyinin bu açıqlanmasını yayımladı.
2011-ci ildən bu yana Liviyada vətəndaş müharibəsi davam edir və Liviya Milli Saziş Hökuməti ilə ABŞ, Fransa və Rusiyadan hərbi yardım almaqla “xarici maşa” rolunu oynayaraq, bu ölkələrin onun əliylə Liviyaya müdaxilə etməsinə kömək edən general Haftarın ordusu arasında münaqişə davam edir.
Muxalifet.az