Əlikram evində qaldığı Tanyadan DANIŞDI: “Təzə-təzə başlayırdıq” – VİDEO

Baxış sayı:
5824

ARB TV-nin “Söhbət var” verilişinin növbəti qonağı müğənni Əlikram Bayramov olub. İfaçı Rusiyaya ilk getdiyi zamanlarda Tanya adlı qadının evində qaldığını deyib: “Evdəkilər tez-tez soruşur ki, Nataşa necədir? Bir Nataşanı bir də Tanyanı soruşurlar. Bilmirəm niyə. İlk dəfə 1992-ci ildə konsert üçün Rusiyaya gedəndə ansamblla birgə Tanyagildə qalırdıq. Evi 3 otaqlı idi. Təzə-təzə başlayırdıq. Oteldə qalmağa pulumuz yox idi, ona görə orada qaldırdıq”.