Kreml Krımla bağlı mübahisələrə SON QOYDU

Baxış sayı:
8200

Rusiya rəhbərliyi Krım məsələsini Ukrayna ilə istənilən formatda müzakirə etməyin mümkün olmadığını düşünür.

Axar.az xəbər verir ki, bunu Kreml sözçüsü Dmitri Peskov bildirib.

Peskov bildirib ki, Normand formatında keçiriləcək görüşdə Ukrayna Prezidenti Vladimir Zelenski Krım məsələsini qaldırarsa, buna reaksiya verilməyəcək:

"Krım məsələsini heç bir şəkildə müzakirə etmək mümkün deyil. Bu, dəfələrlə müxtəlif səviyyələrdə bəyan edilib. Buna görə bu məsələnin gündəmə hansı formatda qoyulmasının əhəmiyyəti yoxdur".