​Kreml Boltonla nəyi müzakirə edəcək? – Kritik səfər

Baxış sayı:
3799

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Boltonun Rusiyaya səfəri zamanı silahsızlanma, ikitərəfli münasibətlər, regional problemlər və beynəlxalq stabillik müzakirə ediləcək.
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov Boltonun Rusiya Prezidenti Vladimir Putinlə görüşüb-görüşməyəcəyinə aydınlıq gətirməyib.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Pompeo Boltonun Rusiyaya səfər edəcəyini bildirmişdi.