İranda “quş qripi”ndən 37 nəfər ölüb

Baxış sayı:
7915

İranda “quş qripi” (H1N1) 37 nəfərin ölümünə səbəb olub.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Səhiyyə Nazirliyinin açıqlamasına əsasən, bu il “quş qripi” ölkədə çox geniş formada yayılıb.

İlin əvvəlindən indiyədək "quş qripi"ndən 37 nəfər ölüb, çox sayda insan xəstəxanaya yerləşdirilib.

Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kirman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.

Xəstəxanalarda “quş qripi”nə yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb.