İran səfirliyi gömrükdəki olayı öz nəzarətinə götürdü
28-06-2018 17:25
Baxış sayı:
4399

Astara gömrük-keçid məntəqəsində haqsızlığa uğrayan və oğlu ilə birgə İrana getməsinə birdəfəlik qadağa qoyulan azərbaycanlı müəllimin müraciətinə İran səfirliyindən reaksiya verilib.
Bu barədə Muxalifet.az-a açıqlama verən Masallı rayonu Miyankü kənd tam orta məktəbinin müəllimi Cəmaləddin Əlizadə bildirib ki, bu gün 15:00 radələrində səfirliyin konsulluq şöbəsindən onunla əlaqə saxlayıblar:
“Konsulluq şöbəsinin rəsmisi ətraflı olaraq axıra qədər məni dinlədi və məktubum əsasında təsirli tədbir görəcəyinə söz verdi. Yaxın günlərdə bununla bağlı mənə məlumat verəcəklərini dedilər.
Ümid edirəm ki, problem tez bir zamanda həll ediləcək”.
Qeyd edək ki, Masallı rayonu Miyankü kənd tam orta məktəbinin müəllimi Cəmaləddin Əlizadə İranın Astara gömrük-keçid məntəqəsində ona və ailəsinə qarşı edilmiş biabırçı hadisə haqda məlumat paylaşıb. O bildirib ki, İran gömrük işçiləri futbola baxdıqları üçün Azərbaycan vətəndaşlarını “sistemdə problem var” bəhanəsi ilə yoxlamırmış. Sonra o, işçilərə vətəndaşlara qarşı hörmətsizlik etdiklərini, növbədə xeyli adamın saatlarla gözlədiyini deyəndə onun üstünə hücum çəkiblər və oğlu ilə onun pasportlarını alıb yerə çırpıblar. Sonra isə onlara deportasiya edildiklərini deyiblər.