İran İraqla SƏRHƏDDİ BAĞLADI
30-10-2019 19:09
Baxış sayı:
4294

İran İraqdakı etiraz aksiyaları səbəbi ilə İlam əyalətindəki Mehran sərhəd keçid məntəqəsini bağladığını xəbər verib. Bu barədə muxalifet.az “Hürriyet”ə istinadla xəbər verir. İranın “Təsnim” xəbər agentliyinin məlumatına görə İlam əyaləti valisinin köməkçisi Məhəmməd Nəvzəri bu qərarın İraqda davam edən hökumətə qarşı aksiyalar üzündən verildiyini bildirib və onun neçə gün qüvvədə qalacağını bildirməyib. Xatırladaq ki, İraqlılar işsizlik, korrupsiya və s. tələblərlə ölkənin bir çox regionlarında aksiyalara başlayıblar. Başda paytaxt Bağdad olaraq ölkənin mərkəz və cənub bölgələrinə yayılan çaxnaşmalarda iki yüzə yaxın insan həlak olub, səkkiz minə yaxın isə yaralanıb. Muxalifet.az