İncə seçki ilə bağlı niyə gec açıqlama verdi?
25-06-2018 23:34
Baxış sayı:
10447

Məhərrəm İncə yəqin ki, CHP-nin lideri olacaq.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Şahin Cəfərli qeyd edib. O bildirib ki, Kılıçdaroğluna istefa basqıları artır:
"Yaxın günlərdə və ya həftələrdə fövqəladə qurultay qərarının qəbul olunması mümkündür. Bələdiyyə seçkilərinə az qalır".
Politoloq bildirib ki, ciddi səs oğurluğu olduğuna inanmır:
"Ərdoğan doğrudan da səs alır, fenomendir. Əslində, İncənin kütləvi saxtakarlıq barədə sübutlar olmadan meydana çıxıb etirazlara başlaması həm doğru olmazdı, həm də bu böyük risk olardı. Vətəndaş qarşıdurması yaranardı. Amma İncənin çox gec açıqlama verməsi ciddi səhv idi".