İlham Əliyev və Vladimir Putin Sankt-Peterburqda görüşəcəklər - RUSİYA MƏTBUATI
18-12-2019 23:34
Baxış sayı:
3930

Dekabrın 20-də Sankt-Peterburqda Avrasiya İttifaqı İqtisadi Şurasının (AİİŞ) qeyri-rəsmi zirvə görüşü keçiriləcək və orada Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak edəcəyi gözlənilir. Bu barədə "Moskva-Bakı" nəşri məlumat yayıb. Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin AİİŞ-ə daxil olmayan MDB ölkələrinin liderlərini qeyri-rəsmi sammitə hələ oktyabr ayında dəvət etmişdi. "Moskva-Bakı" nəşri həmçinin qeyd edir ki, prezidentlər İlham Əliyev və Vladimir Putin Sankt-Peterburqdakı zirvə görüşündə görüşəcəklər./Virtualaz.org