HƏMAS İsrailə hücum etdi: 12 RAKET...

Baxış sayı:
1786

İsrail ordusu HƏMAS-ı Qəzza zolağına kütləvi raket hücumlarında ittiham edib.

Muxalifət.az xəbər verir ki, ordu komandanlığı HƏMAS-ın hücumlara görə cavab verəcəyini açıqlayıb.

Məlumata görə, Fələstindən İsrail istiqamətində gecə ərzində 12 raket buraxılıb ki, bunlardan da 3-ü “Dəmir Qübbə” hava hücumundan müdafiə sistemi vasitəsilə zərərsizləşdirilib.

HƏMAS-ın İsrail ordusunun qruplaşmaya məxsus nəqliyyat vasitəsinə və müşahidə nöqtələrinə zərbə endirilməsindən sonra hücuma keçdiyi qeyd olunub.