Həbsdə olan FETÖ-çular kimə səs verdi?
25-06-2018 11:30
Baxış sayı:
8329

FETÖ üzvlərinin də həbs həyatı yaşadığı Sincan və Silivri həbsxanalarında keçirilən səsvermə prosesində CHP-nin namizədi Məhərrəm İncə hamıdan çox səs toplayıb.
Muxalifət.az axar.az-a istinadən xəbər verir ki, həbsxanalarda CHP-nin namizədi 2 min 926 səs qazanıb.
Sözügedən həbsxanalarda Maral Akşənər 734, Rəcəb Tayyib Ərdoğan 755, Təməl Qaramollaoğlu 99 səs qazana bilib. Səlahəddin Dəmirdaşa 164, Doğu Perinçəkə isə 7 məhbus səs verib.