Gürcüstanın Sülh körpüsü bayrağımızın rənglərinə boyandı - VİDEO
30-09-2020 11:27
Baxış sayı:
2194

Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Ordusuna dəstək məqsədilə dövlət bayrağımızın rəngləri işıqlandırılıb.
“Qafqazinfo” xəbər verir ki, şəhərin rəmzlərindən hesab olunan Sülh körpüsü və Televiziya qülləsi üçrəngli bayrağımıza bürünüb. Bununla da, Gürcüstan Azərbaycanla birlik və bərabərlik nümayiş etdirib.
Qeyd edək ki, Ankaranın Atakule və İstanbulun Qalata qüllələrində də ölkəmizin bayrağı işıqlandırılmışdı.