Gəncədə mağazalar yanıb
26-06-2018 13:38
Baxış sayı:
4123

Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 640 m² olan bir dam altında tikilmiş ümumi sahəsi 24 m² olan mağazanın yanar konstruksiyaları və ona bitişik ümumi sahəsi 24 m² olan mağazanın yanar konstruksiyaları 9 m² sahədə yanıb.
FHN-dən APA-ya verilən məlumata görə, yüksək temperaturdan digər mağazanın 1 ədəd plastik qapısı əriyib.
Digər mağazalar yanğından mühafizə olunub.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.