Gəncədə AĞIR QƏZA: ölənlər var

Baxış sayı:
3016

Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Priora" markalı avtomobil öncə "VAZ" markalı avtomobillə toqquşub, sonra yol kənarındakı ağaca çırpılıb.
Qəza nəticəsində 2000-ci il təvəllüdlü Eldar Kərim oğlu Məmmədli və onun həm yaşıdı İkram Arif oğlu Bayramlı ölüb.
Hadisə zamanı daha bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır (Report).