ƏFV SƏRƏNCAMI İCRA OLUNUR - 63 nəfər azadlığa qovuşur... / YENİLƏNİB - 5

Baxış sayı:
13092

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 17 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Bu cəzaçəkmə müəssisəsində sərəncam ümumilikdə doqquz nəfərə şamil olunub.

İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc yeddi məhkuma arayışlar təqdim etdikdən sonra onlar azadlığa buraxılıblar.

*** 12:19

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin iki saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Bu cəzaçəkmə müəssisəsində sərəncam səkkiz nəfərə şamil olunub.

İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 3 məhkuma arayışlar təqdim etdikdən sonra onlar azadlığa buraxılıblar.

***11:25

Prezident İlham Əliyevin mayın 25-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində icra olunur.

"Report" xəbər verir ki, müəssisədən 9 nəfər əfvə düşüb.

Onlarından 3 nəfər azad olunub, 6 nəfərin isə cəzası azaldılıb.

Qeyd edək ki, sərəncama əsasən, ümumilikdə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

*** 10:41

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

APA xəbər verir ki, məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 3 nəfərə şamil olunub.

    Tədbir zamanı Milli Məclisin deputatları Bəhruz Məhərrəmov və Əminə Ağazadə, Ədliyyə Nazirliyindən isə Rasim Həsənov və Nizami Əliyev 3 məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb. Azadlığa buraxılan 2 nəfər Əfqanıstan vətəndaşı, 1 nəfər isə Rusiya vətəndaşıdır.

    *** 10:37

    Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində icra olunur.

    APA xəbər verir ki, məhbusların cəza çəkdiyi bu Cəzaçəkmə Müəssisəsində sərəncam ümumilikdə 4 nəfərə şamil olunub.

    Tədbir zamanı İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 4 qadın məhkuma arayışlar təqdim ediblər və onlar azadlığa buraxılıb.

    Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov iştirak edir.

    ***09:14

    Prezident İlham Əliyevin ötən gün imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamın icrasına başlanılıb.

    Muxalifet.az xəbər verir ki, əfvin icrası Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin müəssisələrində və Probasiya xidmətində olunur.

      Qeyd edək ki, ümumilikdə əfv sərəncamı 154 nəfərə şamil edilib.

      Onlardan 63 nəfər azadlıqdan məhrum etmə cəzasından azad edilib, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, 1 nəfər təxirə salınmış cəzadan azad edilib, 28 nəfər elektron qolbaqdan azad edilib, 3 nəfərin də elektron qolbaq cəzası yarıya salınıb.

      İslah işlərinə məhkum edilmiş 2 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib. Cərimə cəzasına məhkum edilmiş 4 nəfər cəzadan azad olunub, 1 nəfərin isə məhkumluğu üzərindən götürülüb.

      Bundan başqa azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 8 nəfər əcnəbi cəzasının çəkilməmiş hissəsindən azad edilib.

      Əfv edilənlərdən 5-i Əfqanıstan, 2-i Türkiyə, 1-i isə Rusiya vətəndaşıdır.