FİFA referilərimizdən böyük uğur - Avropa Liqasına təyinat aldılar

Baxış sayı:
3412

FİFA referilərimiz Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıb.

Muxalifət.az xəbər verir ki, Ömər Paşayev “OFK Titoqrad” – “B36 Torşavn” , Rəhim Həsənov “Zaria Balti” – “Qornik Zabrze” görüşünün baş hakimi olacaq.

19 iyul

“OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” (Farer adaları)

Baş hakim: Ömər Paşayev

Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Mübariz Haşımov

Dördüncü hakim: Əliyar Ağayev

“Zaria Balti” (Moldova) – “Qornik Zabrze” (Polşa)

Baş hakim: Rəhim Həsənov

Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Akif Əmirəli

Dördüncü hakim: Rauf Cabbarov