"Ermənistanın S-300 kompleksləri Azərbaycana qarşı işə yaramadı” - RUSİYA HƏRBİ MƏNBƏLƏRİ

Baxış sayı:
2047

Ermənistan ordusunun silahlanmasında 5 diviziyon S-300 kompleksi (15 buraxılış qurğusu) olsa da onlar Qarabağda gedən döyüşlərdə Azərbaycan aviasiyasına qarşı işə yaramır.

Bu haqda “Voennıy obozrevatel” Telegram-kanalında bildirilir. Məlumatda deyilir ki, bu komplekslər dağətəyi rayonlarda yerləşib. Azərbaycan aviasiyası isə dağlar tərəfdən zərbələr endirir və S-300 komplekslərinin radarları həmin təyyarələri sadəcə olaraq “görmür”.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi Xocavənd rayonunun Şuşikənd yaşayış məntəqəsi ətrafında düşmənin S-300 kompleksinin vurulduğunu açıqlayıb./Virtualaz.org