​Ermənistan prezidenti Bakıya gəlir - İDDİA

Baxış sayı:
4849

Ermənistanda prezident Armen Sarkisyanın yaxın zamanlarda Bakıya rəsmi səfər edəcəyi barədə məlumat yayılıb.
Muxalifet.az İstipress-ə istinadən xəbər verir ki, Sarkisyanın administrasiyasında işləyən mənbələr bu xəbəri ciddi-cəhdlə gizlədirlər. Ola bilər ki, səfər gizli olacaq.
Onlar sadəcə bildirirlər ki, Sarkisyan İrana gedəcək. Artıq bu barədə Armen Sarkisyanla İranın Ermənistandakı səfiri müzakirələr aparıb. Yer gəlmişkən baş nazir Nikol Paşinyan da İrana səfər edəcəyi barədə bəyanat verib.