Erməni həyasızlığınin həddi yoxdur: Abxaziyada "ikinci Ermənistan" planı...-Detallar

Baxış sayı:
6724

Abxaziyanın yerində "Böyük Ermənistan" olacaq və Gürcüstandan Ermənistana dəhliz açılacaq?
Muxalifet.az bu baədə "kavkazplus" saytına istinadla xəbər verir.
Sosial şəbəkələrdə erməni millətçiləri öz aralarında “Böyük Ermənistanın Qara dənizə çıxışı” planlarını paylaşırlar. Diqqətnizə onlardan birini təqdim edirik:
 “Norayr Qriqoryan: İndi bizim diasporanın qarşısında duran əsas məsələ pataxtı Soçi və ya Adler şəhəri olan bir erməni muxtariyyətinə nail olmaqdır. Soçi olsa daha yaxşı olar, çünki, bu zaman biz Abxaziya ilə birləşə bilərik. Sonra Abxaziyanı tərkibimizə daxil edərik, deyərik bu ermənilərindir, gələcəkdə bunu de-yure möhkəmləndirərik. Bundan sonra biz rahat şəkildə Gürcüstandan dəhliz açıb Ermənistanla birləşərik. Qoy heç kimi də bu torpaqlarda əvvəllər çərkəzlərin yaşadığı narahat eləməsin. Ermənilər orada daha əvvəl yaşayıblar və bütün bu torpaqlar, Dağıstan və Çeçenistanla birgə “Böyük Ermənistan”ın tərkibində olub. Belə ki, biz tarixi ədaləti bərpa edəcəyik. Rus diasporunda hər bir erməni bu məqsəd üçün işləməlidir".
Bu şərhlərdə bir sual gizlənir: erməni millətçiləri Abxaziyanı gürcülərə verəcəklərmi?
Xeyr, verməyəcəklər! Heç vaxt!

Bir az uzaqdan düşünsək görərik ki, ermənilərin ən çox ələ keçirməyi arzuladığı yer Abxaziyadır.
Artıq bu gün Abxaziyanın erməni əhalisi nəinki bu ərazidəki ən çox saylı etnik qrupdur, hətta buradakı ermənilərin sayı Qarabağdakından çoxdur.

Həmin bu Dağlıq Qarabağdan ermənilər çıxıb gedir. Baxmayaraq ki, Ermənistan işğalda olan Azərbaycan torpaqlarında erməniləri məskunlaşdırmaq üçün çalışır, amma sözdə, guya ki, Qarabağı qiymətləndirən erməni millətçiləri orada məskunlaşmağa tələsmirlər. Bu təsadüfi deyil, çünki Qarabağ onlar üçün “geosiyasi, çıxışı olmayan dalandır”. Onun dənizə çıxışı yoxdur. Ermənistanla dağ yolları ilə əlaqə var. Bundan başqa isə ermənilər atəş xəttində, güllə altında yaşamaq istəmirlər.
Gürcüstan Abxaziyası isə - başqa məsələdir. İsti dənizi, mülayim iqlimi, subtropik təbiəti olan Abxaziyanı ermənilər tərk etməyi düşünmürlər. Əksinə, burada əmlak və torpaq almağı genişləndirirlər.
Nəticədə, əgər separatçı Abxaziyada “vətəndaşlığı olmayanlara” əmlak sahibi olmaq icazəsi verilsə və ya “qardaş ermənilərə” sadələşdirilmiş qaydada separatçı vətəndaşlıq verilməyə başlansa, hazırki 120000 erməni əhalisinin sayı 500000-ə çatacaq.
Qara dəniz sahilində Rusiyanın qonşu Krasnodar diyarında bir milyon erməni ilə Qafqazda, Qara dəniz sahilində, "deqradasiyaya uğramış Ermənistan"dan öndə olmaq üçün bütün şansları olan "ikinci bir Ermənistan" yarana bilər. Bu iki Ermənistan arasında isə artıq “dəhliz açmağı” da planlaşdırıblar. Aydın məsələdir ki, sonra isə erməni falsifikatorları üçün Abxaziyada və Gürcüstanın qalan ərazilərində ermənilərin “köklü qədim xalq” olduğunu sübut etmək çətin olmayacaq.
 Buna görə də erməni lobbisi Abxaziya ilə Ermənistan arasında tranzitin işə düşməsi üçün çox çalışdı. Bu istiqamətdə daha da səy göstərəcəklərinə şübhə yoxdur.
Erməni lobbisinin isə heç olmasa Abxaziya məsələsində Gürcüstana və gürcülərə güzəşt edəcəyini gözləmək olmaz və çətin ki, bir neçə qaçqın ailəsinin Suxumi və Qaqraya qayıtmasına icazə verilsin.
Erməni lobbisi "boş yerə" Rusiyanın və axmaq abxaz separatçılarının köməyi ilə belə bir "kombinasiya" hazırlamadı və "möhtəşəm" torpaqları ələ keçirdi.
Bu gün erməni millətçilərinin nəzərində Abxaziya, Qara dəniz sahilləri və Şimali Qafqaz elə həmin Rusiyanın köməyi ilə işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağından daha sərfəlidir.
Evlərini itirən azərbaycanlılar üçün ən əziz və dəyərli işğal olunmuş vətənləridır. Ancaq erməni millətçiləri Qarabağı işğaldan azad etməyə məcbur edilsələr, Abxaziyadan tez Qarabağdan imtina edəcəklər. Buna görə də, erməni lobbisi Gürcüstan hökumətini "tranzit məsələlərində" razılığa gəlməyə məcbur edərək "gürcü istiqamətində" belə fəal işləyir. Eyni zamanda, Gürcüstanın ermənilər yaşayan digər bölgələrində xüsusən Samtsxe-Javxeti (həmin Abxaziyayada gələcək "erməni dəhlizi" yolunda) "isti" separatizmi dəstəkləyirlər. Ən əsası, Gürcüstan cəmiyyətinin gündəmindən Abxaziyanın işğalı və qaçqınların geri qaytarılması məsələlərini çıxartmaq üçün hər cür səy göstərirlər.
Nədənsə gürcü vətənpərvərləri başa düşmürlər ki, onların ABŞ və Qərb "müttəfiqləri" Gürcüstanın ərazi bütövlüyünün bərpasına kömək etmək üçün niyə heç nə etmirlər. Ən yaxşı halda gözəl sözlərlə işlərini bitmiş hesab edirlər. Ancaq erməni lobbisinin Qərbdə necə geniş təsir dairəsinə malik olduğunu anlaşılsaydı “bütün daşlar öz yerinə oturardı”.
Əslində erməni millətçiləri yeni ərazilərin ələ keçirilməsi baxımından heç bir şey verməyən qondarma "erməni soyqırımı" nın tanınması üçün belə manyakal tərzdə propaqanda aparırlarsa, o zaman Abxaziyanın separatçı statusunun qorunması üçün oradakı hökumətin erməni icmasının əlinə keçməsindən ötrü var-gücləri ilə çalışacaqlar.
Təəssüf ki, Qərbin köməyi ilə Gürcüstanın Abxaziyanı geri qaytarmaq üçün heç bir xüsusi şansının olmadığını etiraf etməliyik. Erməni millətçiləri və erməni lobbisi sadəcə bu qəniməti əldən verməz.
Hipotetik olaraq Rusiya öz siyasətinin erməni lobbisi tərəfindən qəsdən sui-istifadə olunduğunu başa düşərsə və bu zaman özü istəyərsə Abxaziyanı Gürcüstana qaytara bilər. Axı, nəzərə almaq lazımdır ki, Abxaziyada təkcə gürcülər deyil, həm də ruslar da separatizmdən əziyyət çəkiblər. Ruslar da evlərindən qovulurlar. Rus iş adamları terrora uğrayır və hətta öldürülür. Turist kimi ora gələn ruslara da erməni “sahibkarlar” ən yaxşı halda turizm biznesi üçün gəlir mənbəyi kimi baxırlar.
Bu gün erməni millətçilərinin strateji planlarının konturları meydana çıxır və Rusiya ilə Gürcüstanın düşmən münasibətlərində olmasını təmin etmək üçün hər şeyi edirlər, eyni zamanda Abxaziyada və Rusiyanın Krasnodar diyarında "yeni bir Ermənistan"ın yaranması üçün iş aparırlar.
Muxalifet.az, Şükürova Ülviyyə