Doğu Perinçekdən şok sözlər: AMERİKA MÜXALİFƏTİ BİRLƏŞDİRDİ

Baxış sayı:
3505

Vətən Partiyasının lideri Doğu Perinçek Amerikanın müxalifət partiyalarını bir araya gətirdiyini deyib.
 
Vətən Partiyasının prezidentliyə namizədi Doğu Perinçek, NTV-də sualları cavablandırıb.
Doğu Perinçekin açıqlamalarından bəzi sətir başları:
 
HDP GİZLİ İTTİFAQDA
 
“Vətəndaşlarımız çətin bir dövrə girdiyimizin fərqindədir. Biz “Millət İttifaqı”nda olmaq üçün CHP ilə görüşdük. Amerika, “Millət İttifaqı”na Vətən Partiyası ilə bir yerdə olmayacaqsınız, HDP ilə bir yerdə olacaqsınız” - deyib. HDP rəsmi olmasa da, gizli olaraq İttifaqda var. CHP bizimlə olmağı istəmədi. HDP ilə olmağı üstün tutdular, 2-ci tura qalınacağını bildikləri üçün.
 
ABŞ MÜXALİFƏTİ BİR ARAYA GƏTİRDİ
 
Terrorçunun, əsgərin, bomba basdıranların demokratiyası olmaz. Biz olduğumuz yerdə durmuşuq. Amerika müxalifət partiyalarını bir araya gətirdi və baş hədəf kimi Vətən Partiyası və Doğu Perinçeki görür.
ABŞ-ın yeritdiyi iqtisadi siyasət aparılır. Vətən Partiyası çətin günlərdə Türkiyəni xilas edəcək partiyadır. Vətən Partiyası 1-2 il ərzində hakimiyyətdə olacaq. Türkiyənin önündə Vətən Partiyasının proqramı var. Həll parlamentar demokratik sistemdir.
 
PKK-nın ARXASINDA..
 
Amerika ilə əməkdaşlıq edərək Qəndilə ağ bayraq taxa bilərsinizmi. PKK-nı dəstəkləyən ölkə ilə PKK-nı bitirməyə çalışırsınız. Silahlı bir terror təşkilatı var. Arxasında Amerika var, İsrail var. İraq, İran və Rusiya ilə bərabər ola bilərsiniz buna qarşı. Türkiyə, ABŞ və İsraili təsirsiz hala gətirəcək bir strategiya hazırlayacaq. NATO Türkiyəni düşmən görür. NATO dağılır, yaxşı da olur. NATO 12 mart və 12 sentyabr çevrilişini edib. Təhlükəsizliyimizi təhdid edən qüvvə ABŞ və İsraildir.
15 iyuldakı çevrilişdə Türkiyə-ABŞ müharibəsini ABŞ uduzdu. ABŞ və İsrail, Şərqi Aralıq dənizindən Türkiyəni təhdid edir. Türkiyənin qarşısındakı qüvvələr FETÖ, PKK, ABŞ və İsraildir. TSQ-da FETÖ-çu 2-3 gizli casuslar qala bilər, amma onlar təhlükə yaratmaz. Türkiyə ABŞ-ın qarşısında başını dik tutacaq”.
 
Müxalifət.az