DÇ-2018: Xorvatiya FİNALDA - Tarixində ilk dəfə!

Baxış sayı:
2977

Bu gün DÇ-2018-də yarımfinal mərhələsinə yekun vurulub.
Belə ki, ikinci finalçı Xorvatiya və İngiltərə arasında matçda müəyyənləşib.
Rəqiblər Rusiyanın paytaxtı Moskvada üz-üzə gəlib. 1966-cı ildən sonra 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi yenə kuboka yaxınlaşa bilməyib. Ada təmsilçisi erkən qolla hesabı açmasına baxmayaraq, sonda meydanı məğlub tərk edib. Bununla da Xorvatiya tarixində ilk dəfə adını finala yazdırıb.
 
DÇ-2018
Yarımfinal

11 iyul
 
Xorvatiya – İngiltərə - 2:1
Qollar: İvan Perişiç, 68; Mario Mandzukiç, 109 - Kiran Trippier, 5