Cənubi Osetiyaya Cenevrədən ÇAĞIRIŞ: SƏRHƏDLƏRİ AÇIN

Baxış sayı:
8518

 
Cenevrə müzakirəsinin həmsədrləri Cənubi Osetiyanı inzibati sərhəd boyu bölgədə bütün keçid məntəqələrini açmağa çağırır.
Muxalifet.az bu barədə saqinform.ge-saytına istinadla xəbər verir.
“Cenevrə beynəlxalq müzakirələrinin həmsədrləri Gürcüstanda işğal edilmiş Tsxinvali bölgəsinin inzibati xətti boyunca ərazilərdə vəziyyətlə bağlı bəyanat verir və Cənubi Osetiyanı təcili olaraq sərhəd boyu bütün keçid məntəqələrini açmağa çağırırlar. Son aylar göstərdi ki, bölgədə təhlükəsizliklə bağlı vəziyyət pisləşib. Həmsədrlər və təşkilatlar Çorçana-Tsnelisi bölgəsindəki təhlükəsizlik problemlərinin həllində aktiv iştirak edirlər.
Eyni zamanda, iştirakçılara sentyabrın əvvəlindən bağlanmış bütün keçidləri dərhal açmağı təklif edirik. Təhlükəsizlik vəziyyəti ilə bağlı ümumi narahatlığa baxmayaraq, bu problemi həll etmək üçün həmişə humanitar aspektlər nəzərə alınmalıdır”, deyə bəyanatda vurgulanır.
Muxalifet.az