Cəlilabadda ot dolu yük avtomobili YANDI
26-06-2018 12:28
Baxış sayı:
3523

Cəlilabad rayonunun İncilli kəndində “Qaz” markalı yük avtomobilinin yanar hissələri və banına yığılmış 1,5 ton ot bağlamasının 1 tonu yanıb.
Muxalifət.az Fövqəladə Hallar Nazirliyinə saytına istinadən xəbər verir ki, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.