Çin Belarusiyaya niyə kredit verdi - ONU RUSİYADAN QOPARMAQ ÜÇÜN?...-TƏHLİL

Baxış sayı:
3055

Lukaşenko Rusiya ilə inteqrasiyadan yayınır və Çindən kömək istəyir. Minsk çinlilərdən kredit ala bildi. Səma Krallığının pulları Moskva ilə danışıqlarda Minskin mövqeyini gücləndirəcək, yeri gəlmişkən Belarus iqtisadiyyatı Rusiyanın ucuz enerji mənbələri olmadan yaşaya bilməz. Belarusiya Maliyyə Nazirliyinin rəhbəri Maksim Yermoloviçin Çin səfəri Belarusun dövlət KİV-lərində əsas xəbərlər oldu. Nazir, Minsk hökuməti adından, Şanxayda Çin İnkişaf Bankının yerli şöbəsi ilə 3,5 milyard yuan (təxminən 500 milyon dollar) həcmində "təcili kredit" ayrılması barədə saziş imzaladı. Bu hadisə ilə bağlı qısa hesabatda, vəsaitin "ümumi məqsədlərə", o cümlədən dövlət borcunun ödənilməsinə yönəldilə biləcəyi qeyd edildi. Belarus gələn il dövlətin saxlanmasına 3,9 milyard dollar xərcləməli olacaq, Rusiya bu məbləğin üçdə ikisini alacaq. Bununla yanaşı, Minsk Rusiya Federasiyasından sonra ikinci ən böyük kreditoru olan Çinə 600 milyon dollardan çox pul qaytarmalı olacaq. Bu dəfə Səma Krallığının pulları Belarus üçün ən əlverişli, Rusiya üçün uğursuz bir anda gələcək. Dekabrın əvvəlində prezident Aleksandr Lukashenko öz maliyyə nazirinə Avrasiya sabitləşmə və inkişaf fondundan 200 milyon dollar kredit götürməsini qadağan etdiyini açıqlamışdı. Minsk və Moskva bu mövzuda razılıq əldə etməmişdilər, Rusiyadan 600 milyon dollar dəyərində dövlət krediti ilə bağlı danışıqlar da alınmamışdı. İyun ayında Nazir Yermoloviç bildirmişdi ki, Rusiyanın kredit ayrlıması məsələsini Belarusiyaya inteqrasiya prosesini sırımaq üçün istifadə edir. Məlumdur ki, bir ildən artıqdır davam edən danışıqlar zamanı iki ölkə arasında inteqrasiyanın müxtəlif sahələri üzrə 31 “yol xəritəsi” meydana çıxmışdı. Təfərrüatlar açıqlanmadı, ancaq sızan məlumatlar ortaq valyuta, ortaq vergi və gömrük siyasətindən söhbət getdiyini göstərir. Dekabrın 7-də Soçidə hər şeyə aydınlaşmalı idi, lakin Lukashenko ilə Putin arasındakı danışıqlar nəticəsiz qaldı. Növbəti görüş gələn cümə günü keçiriləcək. Belarus rəhbərliyi ucuz rus xammalı üçün mübarizə aparır və Moskva bunun əvəzində "inteqrasiyanı dərinləşdirmək" istəyir. “Çin krediti Minskin danışıqlarda mövqeyini gücləndirəcəkdir. Şübhəsiz ki, bu Rusiyanın Belarusiyaya təzyiqini azaltmaq məqsədilə Çinin aldığı siyasi qərardır», Strateji və Xarici Siyasət Tədqiqatları Mərkəzinin eksperti və Prezidentin İnformasiya və Analitik Mərkəzinin keçmiş əməkdaşı, “Jeçpospolit» -dən Yurik Tsarik bildirib. O vurgulayıb ki, Rusiya Krımın ilhaqını və Donbasda hərbi əməliyyatları başladanda, Çinin əvvəllər Ukraynada cəmləşən diqqəti Belarusa yönəldi. "Əvvəlcə -Bir Qurşaq və bir Yol "- Çinin irimiqyaslı "Yeni İpək Yolu" layihəsinin əsas halqası Ukrayna idi, lakin Rusiyanın Ukraynaya təcavüzkar siyasətinə görə Pekin konsepsiyasındakı bu strateji yeri Belarus aldı. Çin onun müstəqilliyini qorumasını istəyir, Rusiyanı isə yalnız iqtisadi inteqrasiya maraqlandırır" deyə analitik əlavə edir. Tsarik qeyd edir ki, Səma İmperiyası ilə çoxsaylı investisiya layihələri "çox yavaş inkişaf edir". Mərkəzi Çin sərmayəsi - iki milyard dollarlıq investisiya ilə Minsk bölgəsində yaradılan “Böyük Daş” sənaye parkıdır (11 min hektar). Yaxınlıqda Çin qəsəbəsi yaradılır. Avqust ayında bölgə rəhbərliyi bütün Belarusiynın əhalisindən 3 dəfə çox - 30 milyondan çox insanın yaşadığı Çongqing şəhəri ilə bu mövzuda razılaşma imzaladı. "Bütün bunlar Çin üçün yalnız Belarus Ümumdünya Ticarət Təşkilatına üzv olarsa və Aİ ilə ticari əməkdaşlıq haqqında əsas müqavilələr imzalayarsa əhəmiyyət kəsb edəcəkdir", deyə Tsarik bildirir. İndi Belarus prezidenti, Vladimir Putinlə qarşıdakı görüşü diqqət mərkəzində saxlamalı olacaq. “Belarusiya hakimiyyəti Rusiyadan alternativ dəstək mənbələrinə sahib olduqlarını nümayiş etdirərək Çindən borc götürdü. Bu pul hər bir halda Rusiyaya gedəcək, çünki Minsk Rusiyanın borclarını ödəyəcək ", rusiyalı iqtisadçı və politoloq Andrey Suzdaltsev deyir. "Qoy belaruslular desinlər ki, çinlilərdən hansı faizlə borc götürüblər və izah etsinlər ki, niyə söhbət ticari əməkdaşlığın inkişafından gedir. Görünür kreditin verilməsi bəzi Çin mallarının Belarusiyaya tədarükü ilə əlaqədardır". Nə Çin, nə də Belarusda Belarus iqtisadiyyatının əsl vəziyyətinin necə olduğunu dəqiq bilmir. Maliyyə Nazirliyinin məlumatlarından belə çıxır ki, hər şey yaxşıdır. Proqnoza görə, bu il büdcə profisiti 2,5 milyard dollar, ehtiyatların həcmi isə 2 milyard artacaq. Hər şey yaxşıdırsa, niyə təcili olaraq çinlilərdən kredit götürsünlər? Maliyyə Nazirliyinin dediyi rəqəmlər şübhə altındadır", Belarusun aparıcı iqtisadçısı Yaroslav Romanchuk qeyd edir. Sankt-Peterburqda Lukashenko qaz və neft qiymətləri ilə bağlı razılığa gələ bilmirsə, gələn il Belarus iqtisadiyyatının ÜDM-i 3% -dən çox itki verəcək. Yazılanlardan göründüyü kimi, Çin Afrikadakı ölkələrə tətbiq etdiyi "kredit ver, borclu et, ələ keçir" siyasətini Belarusiyada da tətbiq etməyə başlayıb, həm də Rusiyanın lap yaxın qonşuluğunda. Kredit müqaviləsinin detalları açıqlanmasa da, böyük ehtimalla Belarus krediti qaytara bilməyən zaman, Çindən asılı vəziyyətə düşəcək və Çin burada borcun əvəzində nələri isə ələ keçirəcək. Əslində bu Rusiyanın mühasirəyə alınması siyasətinin tərkib hissəsidir. Görünən odur ki, ABŞ Rusiyanı NATO vasitəsilə hərbi müstəvidə mühasirəyə alma siyasəti aparırsa, Çin bunu iqtisadi müstəvidə həyata keçirir. Rusiya 1-ci halda Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü pozmaqla cavab verdi, Belarusiyaya cavabı necə olacaq? inosmi.ru Tərcümə etdi: Ülviyyə Şükürova Muxalifet.az