"Çelsi" Antonio Konte ilə yollarını ayırdı - RƏSMİ

Baxış sayı:
2971

İngiltərənin “Çelsi” klubu baş məşqçi Antonio Konte ilə yollarını ayırıb.

Muxalifət.az xəbər verir ki, çoxdan idi gözlənilən bu istefa qərarı bu gün London klubunun rəsmi saytı vasitəsilə açıqlanıb.

Konteni “Çelsi”də Maurisio Sarri əvəz edəcək. Bu barədə qərarın da tezliklə klub tərəfindən açıqlanması gözlənilir.

Qeyd edək ki, 2016-cı ilin aprel ayından çalışdırırdı. 2016/17 mövsümündə “Çelsi”ni İngiltərə çempionu edən italiyalı mütəxəssis, 2017/18 mövsümündə də bu komandaya Federasiya kubokunu qazandırmışdı. Lakin Premyer Liqada geridə qalan mövsümü çox uğursuz keçirməsi onun istefası ilə nəticələndi.