"Bu rəzil narkoman heç kimə lazım deyil, tarix onu çirkabla dolu çalaya süpürüb atacaq"
21-12-2024 22:54
Baxış sayı:
2053
Ukrayna prezidenti Vladimir Zelenski Putinin Kiyevə zərbə endirilməsi ilə bağlı riyakarlığını şərh edəndən sonra Dmitri Medvedev onun ünvanına təhqirlər yağdırıb.
Bu barədə o, özünün "Telegram-kanal"ında yazıb. Məlumatı "focus.ua" nəşri yayıb.
Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Ukrayna prezidenti Vladimir Zelenskiyə nəzakət və ədəb-ərkan dərsi keçmək qərarına gəlib.
O, Rusiya diktatorunun Kiyevdə "Oreşnik"lə Qərb HHM sistemləri arasında "duel" barəsində riyakar fikirləri ilə bütün "qırmızı xətləri" keçmədiyini hesab edir. Zelenski də buna uyğun cavab verib.
"Böyük ölkənin prezidenti son dərəcə nəzakətli və ədəb-ərkanla davranmalıdır, bunu mən öz təcrübəmdən bilirəm. Bunu dünən Vladimir Putin "canlı yayım"ın gedişində çox gözəl nümayiş etdirib, o, öz davranışı ilə əminlik və təmkinlilik nümunəsi göstərib", - Medvedev yazıb.
"Amma Mixail Bulqakovun ölməz ifadəsini bir qədər dəyişərək demək istəyirəm ki, bu murdar banderaçı yaramaz açıq şəkildə təhqirləri ilə dikbaş olduğunu göstərmək qərarına gəlib. Sizi əmin edirəm ki, bu, Rusiya rəhbərinin Kiyevdə "Oreşnik"lə Qərb HHM-nin duelilə bağlı əsəbilərinin dözməməsi deyil.
Bundan sonra Medvedev özünü buraxaraq "vaxtı keçmiş banderaçı yaramazın Trampa göstərdiyi "orta barmaq" barədə yazıb. Yəni ki, "bax haaa...Rusiya ilə heç bir danışıqlar olmayacaq, belə münasibətlə danışıq aparmaq mümkün deyil. Bundan sonra da bizə pul və silah verəcəksən", Medvedev yazıb.
O, həmçinin qeyd edib ki, "belə ritorika ədəb qaydalarına əməl etmək zərurətindən azad edir. Dünən prezident deyib ki, bu yaramazla danışıqlar yalnız onun dövlət başçısı postuna legitim yolla dönəcəyindən sonra mümkündür".
"Bu kütbeyin anlayır ki, bu, real deyil, ona görə də müharibəyə stavka edir. Lakin həddini aşan rəzil yenə də yanılıb, çünki o, müharibədə də heç kimə lazım deyil, öz kreslosunda çox dayana bilməyəcək. Tarix tezliklə onu çirkab dolu çalaya süpürüb atacaq və bu yaramaz boğucu üfunətin içində yox olub gedəcəkdir", - Medvedev zəhər tuluğunu dağıdıb.
Amma o, Zelenskinin ünvanına təhqirlər yazan zaman Rusiyanın Kiyevi növbəti dəfə raket atəşinə tutması və nəticədə insanların həlak olması və yaralanması barədə yazmağı unudub.