Bəşər Əsəd: "Tramp hamı ilə zarafat etdi"

Suriya prezidenti Bəşər Əsəd nəzarət mərkəzlərində saxlanılan İŞİD terrorçularının bu sahədə ixitsaslaşmış yerli məhkəmələrdə mühakimə olunacaqlarını bildirdi.
Fransanın “Paris Match”nəşrinə müsahibə verən Əsəd YPG nəzarətindəki bölgələrin hökumətin kontroluna keçməsini təmin edəcək həll variantı barədə sual verildi. YPG-nin əsas əksəriyyət olduğu SDQ-nin nəzarəti altında olan bölgələrdə çoxu Suriya və İraqdan olan 10 mindən çox İŞİD döyüşçüsü, 2 min də əcnəbi döyüşçü var.
Suriyalı rəsmilər də ələ keçirilən yüzlərlə İŞİD üzvünü Suriyanın müxtəlif yerlərində saxlayır. Çox hissəsini əcnəbilər təşkil edən minlərlə İŞİD üzvü İraqda mühakimə olunduqları məhkəmədə edam cəzası aldılar, ancaq Suriyada hələ ki, onların məhkəmə olunması və cəzalandırılması haqqında məlumat verilmir.
Əsəd, “Suriya dövləti ərazisindəki olan hər terrorçu Suriya qanunlarına tabe olacaq”, dedi. Avropa ölkələrinin çoxu öz vətəndaşları olan terrorçuları geri qəbul etmək istəmir. Fransız əsilli İŞİD-çi məhbusların bəziləri İraqda mühakimə olunaraq edam cəzasına məhkum olundu.
ABŞ-ın Suriyada, İdlibdə keçirdiyi əməliyyatda İŞİD lideri Bağdadinin ölümündən sonra prezident Tramp Suriya hökumətinə təşəkkür etmişdi. Əsəd bu barədə suala “bu sual verilən zaman gülürəm. Çünki verilməli sual budur – Bağdadi həqiqətən öldürüldü ya öldürülmədi? Amerikalıların teatrlaşdırdığı bir tamaşa həqiqətən baş verdimi? Trampın təşəkkür etməsi isə onun bir zarafatı idi”, deyə cavab verdi.
Muxalifet.az