Böyük Britaniyada kilsə bağlandı - QUŞLARA GÖRƏ
21-06-2018 16:26
Baxış sayı:
3730

Böyük Britaniyanın Devon şəhərində kilsələrdən biri iki həftə müddətində bağlanıb.
Muxalifət.az trend-ə istinadən xəbər verir ki, buna quşların orada yuva qurması səbəb olub.
Qeyd olunur ki, iki həftə əvvəl arıquşular keşişin tribunasında yuva qurub.
Yeni doğulan quşları narahat etməmək üçün kilsəyə insanların girişi məhdudlaşdırılıb.
İki həftə sonra quşlar böyüdükdən sonra kilsəni tərk ediblər.