“BİZ RUSİYANI SİLAHLANDIRMIRIQ” - İran Britaniya mediasına cavab verdi
13-04-2022 20:34
Baxış sayı:
20536
Rəsmi Tehran Ukraynada hərbi əməliyyatlar zamanı istifadə etməsi üçün Rusiyaya İran silahlarının təhvil verilməsi ilə bağlı Britaniya mətbuatında yayılan xəbərləri təkzib edib.
Muxalifet.az xəbər verir ki, bu barədə çərşənbə günü İranın Londondakı səfirliyi məlumat yayıb.
Diplomatik nümayəndəlik qeyd edib ki, Ukrayna hadisələri ilə Yaxın Şərqdə baş verənlər arasında əlaqəni göstərmək cəhdi, bu kontekstdə İranın adının çəkilməsi qeyri-peşəkar və qəbuledilməz addımdır.
Xatırladaq ki, iki gün əvvəl bir sıra Britaniya KİV-ləri İraq və İranın Ukraynadakı hərbi əməliyyatlarda istifadə üçün Rusiyaya silah, o cümlədən zenit-raket kompleksləri verdiyi barədə məlumat yayıb.