"BEŞİKTAŞ"da CİDDİ İTKİ
5-03-2018 16:20
Baxış sayı:
4939
Türkiyənin “Beşiktaş” klubu ciddi itki ilə üzləşib.
Qol.az-ın "Milliyət"ə istinadən yaydığı xəbərə görə, Türkiyə kubokunun yarımfinal mərhələsinin “Fənərbaxça” ilə ilk oyununda zədələnən Pepenin ayaq barmağının qırıldığı məlum olub.
Portuqaliyalı müdafiəçi 1 ay komandasına kömək edə bilməyəcək.
Beləliklə, Pepe Superliqanın "Trabzonspor", “Gənclərbirliyi” və “Başakşəhər”, həmçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin “Bavariya” ilə cavab oyununu buraxacaq.