"Bakıya getməyək, lisenziya isə versinlər" – Erməni məşqçi

Bakıda keçiriləcək idman gimnastikası üzrə reytinqli turnirdə Ermənistan komandası iştirak etmək istəmir.
Erməni millisinin baş məşqçisi Akop Serobyan təhlükəsizlik məsələlərini bəhanə edərək, dekabrda Xorvatiyada keçiriləcək konqresdə iddia qaldıracaqlarını bildirib.
“Gənclər arasında 2018-ci il Yay Olimpiya Oyunları ərəfəsində gimnastika üzrə yeganə reytinqli turnir Bakıda keçiriləcək. Əgər bizə təhlükəsizliklə bağlı təminat verilməsə, biz iştirakdan məhrum ola bilərik. Dekabrda Xorvatiyada keçiriləcək konqresdə mən bu məsələni bir daha qaldıracam. Əgər bizim təhlükəsizliyimizə təminat verə bilmirlərsə, heç olmasa, bizə Olimpiya Oyunlarına bir lisenziya versinlər”, - Serobyan deyib.
Qeyd edək ki, 2018-ci ildə gimnastikanın batut növü üzrə Avropa Çempionatı paytaxtımıza etibar olunub.