BAKIDA ŞOK OLAY: Narkotika alveri haqda polisə məlumat verdi, DÖYÜLDÜ

Baxış sayı:
6415

Bakı sakini Ülviyyə Baxşıyeva Nərimanov rayonunda narkomanların 17-ci bölmənin polis əməkdaşları tərəfindən himaya olunduğu iddiasındadır. Onun sözlərinə görə, hər gün Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 76-da (Keşlə bazarının yaxınlığında) bir qrup narkomanın yaşadığı məhəllədə narkotik maddələrin qızğın alveri gedir.

“Neçə illərdir ki, burada narkomanlar at oyanadırlar, əraziyə nəzarət edən polislər isə, vətəndaşların haqlı narazılıqlarına göz yumur və narkotik maddələr alverinin qarşını almağa cəhd etmirlər. Artıq sakinlər narkomanların hərəkətlərindən, cinayət tərkibli əməllərilərdən bezib və hətta məhlədə yaşamağa belə qorxuruq” – sakinlər deyirlər.

Bakı şəhəri, Nərimanov rayonu, Ağa- Nemətulla küçəsi 76, mənzil 45-də yaşayan Ülviyyə Baxşıyeva isə redaksiyamıza göndərdiyi şikayət ərizəsində bildirir ki, Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinin rəsi, polis polkovnik-leytanantı Samir Həsənov başda olmaqla, sahə müvəkkili, polis mayoru Elnur Quliyev və digər polislərin himayadarliq etdiyi narkomanlara qarşı 3-ildir mübarizə aparır. Ətrafında baş verən belə neqativ hadisələrlə, vəziyyətlə razılaşmayan və yaşadığı məhlədə cəmiyyətimizə qarşı mənfi təsir edən ünsürlərin - narkoman ların çirkin əməlləri və onların dayaqları olan polislırin vəzifə səlahiyyətlərinin aşmaları ilə bağlı dəfələrlə müvafiq dövlət qurumlarına şikayət edən xanım dedi ki, bu ərazidə satılan narkotik maddələr polsə məxsusdur, buna görə də burada narkobiznesin qarşısını almırlar.

Ülviyyə xanım deyir ki, onaların yaşadığıı məhəllədə narkotik maddələrin alverinin təməli illər öncə, xalq şairi Səməd Vurğunun yaxın qohumu polis polkovnik- leytanantı Mehman Muxtarov 17-ci bölmənin rəisi vəzifəsində işləyəndən qoyulub:

“Samir Həsənov 2013-cü ildən sözügedən bölməyə rəis təyin olunandan isə narkomanların fəallığı daha da artıb”.

Şikatəçi redaksiyamıza, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevaya göndərdiyi müraciətində bildirir ki, 18.04. 2017-ci ildə Birinci xanıma yaşadığı binanın həyətində narkotik satanlar və onlara himayadarlıq edən polislər haqqında teleqram vurandan sonra, onun həyatı kabusa çevrilib. Belə ki, polis əməkdaşları ona qarşı təzyiqlər göstərməyə, mənəvi-psixoloji təsirlər etməyə, onu həbs etdirməklə hədəlməyə başlayıblar.

Xanımın söylədiyinə görə, həmin məhlədə yaşayan və polislərin buyuruq qulu olan narkoman Tərxan isə dəfələrlə ona döymək məqsədilə hucum edib və təzyiqlər göstərib.

Похожее изображение

Ü.Baxşıyeva bildirir ki, əməllərindən şikayətlər etdiyinə görə, narkomanların yaxın dostu, narkotik maddələr satşını nizamlayan sahə müvəkkili Elnur Quliyev isə onu izhat almaq bahanəsi ilə bölməyə çağırıb. Bölmədə bu barədə şikayət edərsə, ona qandalları göstərərək, həbs etdirməklə hədə-qorxu gəlib. Bundan başqa, şikayətçi xanıma təzyiqləri davam etdirən polis mayoru Azərbaycan polisinə yaraşmayan hərəkətlər də edib. Belə ki, Elnur Quliyev gecəyarısı Ü.Baxşıyevanın mənzilinə gəlib, uca səslə qadını cağırıb və ondan evin qapısını açmasını tələb edib.

Ülviyyə xanım deyir ki, polisin səsindən qonşular narahat olmasın deyə qapını açıb, həmin vaxt sahə müvəkkilin nəşəli, sərxoş vəziyyətdə olub. O, zorla mənzilə daxil olmaq istəyərkən itələyərək çölə çıxardıb və mənzilə daxil olmağa qoymayıb. Bu hadisədən sonra, Ü.Baxşıyeva sahə müvəkillinin təhriki ilə qonşuluqda yaşayan narkomanların və onların övladlarının təhqir və söyüşlərinə məruz qalıb.

Ancaq bütün bu təhdid və təzyiqlərdən çəkinməyən xanım şikayətçi, inadından dönməyərək, narkomanlara və onlara himayədarlıq edən polislərə qarşı sivil qayda da, qanuni əsaslarla mübarizə aparır. Belə ki, bütün bu qanunsuzluqlarla bağlı DİN-nə, Baş Prokurorluğa, DİN-nin Baş Narkotiklərə Qarşı Mübarizə İdarəsinə, Bakı Şəhər Baş Polis İdarəsinə və Bakı şəhər Narkotiklərlə Mübarizə İdarəsinın rəsinə yenidən müraciətlər edib.

Ülviyyə Baxşıyeva söhbət zamanı bildirdi ki, onu hər hansı qüvvə inadından döndərə bilməyəcək. O, bina sakinlərinin, qadın-qızların, uşaqların, yeniyetmələrin və gənclərin gözləri qarşısında narkomaniya ilə məşğul olanlar cəzalandırılana qədər mübarizəni davam etdirəcəyini söylədi.

Hurriyyet.org

P.S. Bu məsələni araşdırmaq məqsədilə 17-ci bölmənin rəisi, polis polkovnik –leytanantı Samir Həsənovla telefon əlaqəsi yaratdıq. Ancaq bölmə rəsi bu məsələ ilə bağlı açıqlama verməkdən imtina etdi.

P.P.S. Dünən bu məqalə çap üçün hazırlanan zaman Ülviyyə xanım bizimlə çox həyacanlı şəkildə telefon əlaqəsi saxlayaraq bildirdi ki, yenə də polisin tapşırığı ilə narkomanların yaxlnları olan bir qrup qadın ona hucum edib, nalayiq söyüşlərlə onu təhqir etdikdən sonra döyüb, müxtəlif xəsarətlər yetiriblər. Bu barədə Baş Prokurorluğa şikayət etdiyini bildirən zərərçəkən əlavə etdi ki, ərazidən təsadüfən keçən gənc oğlan onu üstünə hucum çəkən qadınların əllərindən alıb. Həkimlər hal-hazırda Ülviyyə xanımın durumu opta-ağır kimi qiymətləndirirlər. Bu faktla bağlı artıq araşdırmalara başlanılıb.

Mövzunu davam etdirəcəyik.