Bakıda estetik əməliyyat zamanı FACİƏ: 37 yaşlı qadın öldü​

Baxış sayı:
3886

Bakıda klinikada ölüm hadisəsi baş verib.
Muxalifet.az
apa-ya istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu ərazisində yerləşən "MedAura" klinikasında qeydə alınıb.
Həmin klinikada estetik əməliyyat olunan, 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva anesteziyadan sonra ölüb.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.