Azərbaycanın ən yaşlı icra başçısı istefa verir? “O, ölkədə deyil” – AÇIQLAMA

Baxış sayı:
7516

Prezidentin yaşlı məmurları istefaya çağırmasından sonra pensiya yaşı keçmiş vəzifəlilərin istefası davam edir. “Yeni Sabah” xəbər verir ki, bu gün sosial şəbəkələrdə Azərbaycanın ən yaşlı icra başçısı – Xaçmaz rayonunun rəhbəri Şəmsəddin Xanbabayevin istefa verdiyi haqda məlumat yayılıb. Xəbərdə İH-də toplantı keçirildiyi, icra başçısının kollektivlə vidalaşdığı da qeyd olunur. Məsələ ilə bağlı “Yeni Sabah” icra başçısının əlaqə telefonuna zəng edib. Zəngə cavab verən icra başçısının köməkçisi yayılan xəbərlərin doğru olmadığını qeyd edib: “Bu bizim səlahiyyətimizdə olan məsələ deyil. Ölkə rəhbərliyi nə məsləhət görsə, odur. Bu, bizim qarışacağımız iş deyil”. İcra başçısının köməkçisi həmçinin Ş. Xanbabayevin ölkədə olmadığını qeyd edib: “Dağıstanda hərbi xadim, artilleriya general-leytenantı, Azərbaycanın rabitə naziri Hüseyn Rəsulbəyovun heykəlinin açılışıdır, Şəmsəddin müəllim də həmin mərasimdə iştirak edir”.