Azərbaycanda yaşayan Türkiyə vətəndaşları kimə səs verib? - Nəticələr açıqlandı

Baxış sayı:
9952

Türkiyənin Azərbaycandakı səfirliyində açılan seçki məntəqəsində Türkiyədə keçirilmiş prezident seçkiləri ilə əlaqədar baş tutan səsvermənin nəticələri məlum olub.
Muxalifet.az xəbər verir ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 38,5%-i Rəcəb Tayyib Ərdoğana səs verib. Onun CHP partiyasından olan əsas rəqibi Məhərrəm İncə Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 33,8% səsini qazanıb. HDP nümayəndəsi Səlahəddin Dəmirtaş səslərin 12%-ni, “Yaxşı partiya”dan Meral Akşənər 7,9%-ni toplayıb. Digər namizədlər – Doğu Perinçer və Temel Qaramollaoğlu heç 1% səs toplaya bilməyiblər.
Elə Türkiyənin Gəncə və Naxçıvan şəhərlərində yerləşən baş konsulluqlarında açılmış seçki məntəqələrində də R.T.Ərdoğan daha çox səs toplayıb (müvafiq olaraq, 52,1% və 44,8%). Bu seçki məntəqlərindəki səsvermədə M.İncənin topladığı səs faizləri isə müvafiq olaraq, 32,4% və 38,8% olub.
Parlament seçkilərinə gəlincə, burada 31,7% səslə AKP qələbə çalıb. HDP 25,8%, CHP 21,7%, “Yaxşı partiya” 11,5% səs toplayıb. Türkiyənin Azərbaycandakı baş konsulluqlarında keçirilən səsvermənin nəticələrinə görə də AKP qalib gəlib.
Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkilərində R.T.Ərdoğan qələbə qazanıb (52,6%)./report/