Eynulla Fətullayev Bakıdakı restoranını da satıb - Özü AÇIQLADI

Baxış sayı:
275

Tanınmış jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi Haqqın.az saytını satdığı barədə məlumat vermişdik.
Muxalifet.az
xəbər verir ki, jurnalist Bakıda ona məxsus olan restoranı da satdığını bildirib.
O,  "Modern.az"-a qısa açıqlamasında bunu təsdiqləyib.
"Məlumat üçün bildirirəm ki, “Ağabala” restoranını çoxdan satmışam… Azərbaycan ərazisində biznes fəaliyyətim yoxdur”, - deyə o qeyd edib.
Eynulla Fətullayev Azərbaycanı tərk edərək Türkiyənin İstanbul şəhərinə köçdüyünü qeyd edib: "Gələcək planlarıma gəldikdə, hələlik biznes fəaliyyətilə məşğul olmaq istəyirəm".