Axtarış

The search found 105795 results in 0.119 seconds.

Search results

  1. Fransalı deputatlar Bakıdakı erməni kilsəsində olublar - FOTO

    Fransa Milli Assambleyasının üzvləri, Fransa-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədrinin üç müavini və bir katibindən ibarət nümayəndə heyəti Bakıda yerləşən Müqəddəs Qriqori kilsəsində (Erməni kilsəsi) olublar.

    Muxalifet2 - 16-11-2020

  2. Türkiyədə sakinlər İncəçayır kəndini Azərbaycan bayraqları ilə bəzədilər - “DEMİŞDİK Kİ, QARABAĞ AZAD OLUNANA QƏDƏR O BAYRAĞI BURA ASMARIQ...”

    Türkiyənin Yozqat vilayətinin İncəçayır kəndi Azərbaycan ordusunun Qarabağda qazandığı qələbə və işğal altındakı torpaqlarımızı azad etməsi münasibətilə başdan başa Azərbaycan bayraqları ilə bəzədilib.

    Muxalifet2 - 16-11-2020

  3. “Yüzlərlə cəsəd hələ də döyüş meydanındadır” - ARAİKDƏN İTKİLƏRİ İLƏ BAĞLI ETİRAF

    Şuşa yaxınlığındakı ərazidən 150 erməni hərbçisinin cəsədi çıxarılıb.

    Bu barədə Dağlıq Qarabağdakı separatçılara rəhbərlik edən Araik Arutyunyan bildirib.

    O, böyük itki verdiklərini bir daha etiraf edib: “Bunu Şuşa yaxınlığından çıxarılan 150 cəsəd də sübut edir. Yüzlərlə cəsəd hələ də döyüş meydanındadır”.

    Separatçı lider Ermənistandakı daxili sabitliyə təhdidlərdən də narahat olduğunu dilə gətirib.

    Muxalifet2 - 16-11-2020

  4. Dünya hərb tarixinə düşən unikal əməliyyat: ordumuz Şuşanı necə aldı... - BƏZİ TƏFƏRRÜATLAR MƏLUM OLUB

    Azərbaycan ordusunun ərazilərimizin azad olunmasığı uğrunda apardığı 44 günlük müharibənin və əldə etdiyi şanlı qələbənin kulminasiyası heç şübhəsiz ki, Şuşa şəhərinin azad edilməsi oldu. Azərbaycan ordusu bir aydan bir az çox çəkən döyüşlər zamanı ağlasığmaz şücaət göstərərək cənub istiqamətindən qala-şəhərin həndəvərinə qədər irəlilədi.

    Muxalifet2 - 16-11-2020

  5. Xocavəndin işğaldan azad olunan Domi kəndi - VIDEO

    Xəbər verdiyimiz kimi, noyabrın 9-da Prezident İlham Əliyev özünün rəsmi tvitter hesabında Azərbaycan Ordusunun daha 23 kəndi işğaldan azad etməsini elan etmişdi. İşğaldan azad edilən kəndlərin siyahısında Xocavəndin Susanlıq, Domi, Tuğ, Akaku, Azıx da qeyd olunmuşdu.  Xatırladaq ki, 2 oktyabr 1992-ci il tarixdə Xocavənd rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

    Müdafiə Nazirliyi Xocavənd rayonunun işğaldan azad olunan Domi kəndindən videoreportaj hazırlayıb.

    Muxalifet.az həmin videoreportajı təqdim edir.

     

    Muxalifet2 - 16-11-2020

  6. PAŞİNYAN MÜQAVİMƏT GÖSTƏRİR - "İstefa verməyəcəm"

    Ermənistanın baş naziri Nikol Paşiyan istefa verməyəcəyini bildirib.

    Məlumatı “Aysor” yayıb.

    “Mənim gündəliyimdə yalnız bir məsələ var – ölkədə sabitliyi təmin etmək. Başqa məsələlər gündəliyimdə yoxdur”, - N.Paşinyan noyabrın 16-da keçirdiyi mətbuat konfransında deyib.

    Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağda atəşkəsə dair üçtərəfli bəyanat imzalanıb.

    Muxalifet2 - 16-11-2020

  7. TÜRKİYƏ AZƏRBAYCANA ORDU GÖNDƏRİR - Layihə parlamentə təqdim olundu

    Türkiyə Azərbaycana ordu göndərir.

    “Anadolu” agentliyi xəbər verir ki, Türkiyə Prezident Administrasiyası bununla bağlı qanun layihəsi hazırlayıb.

    Qanun layihəsi müzakirə üçün Türkiyə Böyük Millət Məclisinə (TBMM) təqdim edilib.

    Muxalifet2 - 16-11-2020

  8. KƏLBƏCƏRİ TƏRK EDƏN ERMƏNİLƏR HEYVANLARI DA ÖLDÜRÜR!- VİDEO

    Kəlbəcəri tərk edən ermənilər heyvanları öldürüb, leşlərini əraziyə atırlar. Bununla bağlı görüntüləri rusiyalı jurnalistlərdən biri sosial şəbəkədə yayımlayıb.

    Jurnalist bildirib ki, ermənilər at və uzunqulağı apara bilmədikləri üçün başlarını kəsib atırlar.

    Qeyd edək ki, buna qədər Kəlbəcəri tərk edən ermənilərin evləri yandırması, ağacları qırması və elektrik dirəklərini çıxarması ilə bağlı görüntülər yayımlanmışdı.

    Muxalifet2 - 16-11-2020

  9. Qətərdə Azərbaycanın qələbəsi ilə bağlı avtoyürüş keçirilib - FOTO

    Qətərdə yaşayan azərbaycanlılar işğal altında olan torpaqlarımızın azad olunması və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində əldə edilən qələbəni yüksək sevinc hissi ilə qarşılayıblar.

    Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, şanlı qələbə münasibətilə Qətərdəki Azərbaycan diasporu Doha şəhərində avtoyürüş təşkil edib.

    Muxalifet2 - 16-11-2020

  10. BAŞ İNFEKSİONİST HƏYACAN TƏBİLİ ÇALIR... - "Koronavirusla bağlı pik nöqtəyə çatırıq"

    “Hazırda koronavirusla bağlı stabil vəziyyət yoxdur. Ötən ayın ortalarından başlayaraq koronavirusla yoluxma halları artmaqda davam edir”.

    Muxalifet2 - 16-11-2020

  11. Qarabağda Birgə Monitorinq Mərkəzinin yerini Azərbaycan müəyyənləşdirəcək

    Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün yaradılacaq Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin harada yerləşəcəyinə Azərbaycan qərar verəcək.

    “Anadolu” xəbər verir ki, bu, Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

    Layihə Türkiyə Böyük Millət Məclisinə təqdim olunub.

    Muxalifet2 - 16-11-2020

  12. Erməni valideynlər Tonoyanla görüş tələb edir: “Övladlarımızı qaytarın”

    Hərbçi övladları itkin düşmüş analar Ermənistan Müdafiə Nazirliyinin qarşısında aksiya keçirir.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar Ermənistanın müdafiə naziri David Tonoyan və baş qərargah rəisi Onik Qasparyanla görüş tələb edirlər.

    “Övladlarımız haradadır? Uşaqlarımızı qaytarın! Niyə onlar heç bir siyahıda yoxdurlar?!”, - valideynlərdən biri söyləyib.

    Qeyd olunub ki, hazırda Müdafiə Nazirliyinin binası polis tərəfindən mühasirəyə alınıb.

    Muxalifet2 - 16-11-2020

  13. Rektor Qarabağda şəhid olan tələbəsinin ailəsinə məktub YAZIB

    Türkiyənin Balıkesir Univeristetinin rektoru, Prof. Dr. İlter Kuş torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçənbu  ali məktəbin şəhid tələbəsi Məmmədağa Səfərovun ailəsinə minnətdarlıq məktubu göndərib.

    Muxalifet2 - 16-11-2020

  14. “Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi layihə həyata keçirib – FOTOLAR

    “Miqrant Uşaqlara Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Azərbaycanın mədəni və tarixi irsinin miqrant uşaqlar arasında təbliği” mövzusunda layihə həyata keçirmişdir.

    İlkin mərhələdə layihədə iştirak edən üzvlər ilə müqavilələr bağlanmış, mövzu haqqında geniş müzakirələr aparılmış, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti ilə yaxın əməkdaşlıq çərçivəsində respublikada yaşayan miqrant uşaqların statistikası və ünvanları əldə edilmişdir.

    Muxalifet2 - 16-11-2020

  15. PAŞİNYAN XİN RƏHBƏRİNİ İŞDƏN QOVDU - Rəsmi açıqlama

    Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan istefa verib.
     
    APA-nın “news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Ermənistanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan bildirib.
     
    Ermənistan parlamentdə çıxış edən Baş nazir Nikol Paşinyan isə qeyd edib ki, o, XİN başçısının vəzifəsindən azad edilməsi ilə bağlı qərar qəbul edib.

    Muxalifet2 - 16-11-2020

  16. Azərbaycanda daha 1395 nəfər koronavirusa yoluxdu – 18 NƏFƏR DƏ VƏFAT ETDİ

    Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1395 yeni yoluxma faktı qeydə alınıb, 605 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.
    İndiyədək ümumilikdə 77083 nəfər koronavirus infeksiyasına yoluxub.Onlardan 55755 nəfər müalicə olunaraq sağalıb, 985 nəfər vəfat edib, aktiv xəstə sayı 20343 nəfərdir.

    Muxalifet2 - 16-11-2020

  17. HƏBSDƏ OLAN MÜXALİFƏTÇİLƏR AZAD OLUNDU - 21 nəfər barəsində məhkəmə qərarı

    İyulun 14-dən 15-nə keçən gecə “Qarabağa azadlıq!” şüarı ilə keçirilən aksiya zamanı Milli Məclisin binasına qanunsuz daxil olmaqda təqsirləndirlən 36 nəfərin cinayət işi üzrə məhkəmə prosesi bu gün Səbail Rayon məhkəməsində davam edib.
    Hakim Ağamalı Qafarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri müvəkkilləri barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət verib.
    Məhkəmə vəsatəti qismən təmin edib və 21 nəfər barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edib.

    Muxalifet2 - 16-11-2020

  18. ​Kəlbəcərin qaytarılmasının gecikməsini kəlbəcərli girovların azadlığı ilə əvəzləmək olmazdı?

    Erməni faşistləri yenə də azərbaycanlıların humanistliyindən yararlanıb işğalçı qoşunlarını və insanabənzər canlılarını  (özgəsinin evini ən qədim “peşəkarlıqla” işğal edənlərə “əhali” demək olarmı?) çıxarmağın vaxtını 10 gün uzatmağa nail oldu.

    Muxalifet2 - 16-11-2020

  19. ​“BU VANDAL HƏRƏKƏTLƏRƏ SON QOYULMALIDIR” – İctimai Birlik bəyanat yaydı

    “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi ermənilər tərəfindən Kəlbəcər rayonunda dağ-meşə massivlərin yandırılaraq məhv edilməsi, təbiətə bərpa olunmayan zərər vermələri ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:

    Muxalifet2 - 16-11-2020

  20. "ERMƏNİ QABAĞIMIZDAN QAÇIRDI" - Şuşa uğrunda döyüşlərdə yaralanan Xüsusi Təyinatlı Qüvvələrin əsgəri / VİDEO

    Şuşa uğrunda gedən döyüşlərdə yaralanan qazimiz Vüsal Şahbazovu tanıyan hər kəs onun qəhrəmanlığından danışır. 

    Baku TV xəbər verir ki, Vüsal Şahbazov Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusudur. Tarix yazan gənclərimizdəndir. O, Şuşa uğrunda gedən döyüşlərdə yaralanaraq qazi olub.

    Vüsalın qardaşı Vüqar da vətən müharibəsində yaralanıb. Valideynləri oğlanları ilə fəxr etdiklərini deyirlər. Bacısı Nahidə Ağayeva deyir ki, qardaşı yaralı olanda belə yarasını gizlədib.

    Muxalifet2 - 16-11-2020

Pages