PAŞİNYAN MÜQAVİMƏT GÖSTƏRİR - "İstefa verməyəcəm"

Baxış sayı:
2573

Ermənistanın baş naziri Nikol Paşiyan istefa verməyəcəyini bildirib.

Məlumatı “Aysor” yayıb.

“Mənim gündəliyimdə yalnız bir məsələ var – ölkədə sabitliyi təmin etmək. Başqa məsələlər gündəliyimdə yoxdur”, - N.Paşinyan noyabrın 16-da keçirdiyi mətbuat konfransında deyib.

Qeyd edək ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağda atəşkəsə dair üçtərəfli bəyanat imzalanıb.

Bundan sonra Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları başlayıb.