Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
Almaniya fetoçuların hesablarını dondurmaqdan imtina edib
Berlin iyunda Türkiyənin sorğusunu rədd edib
Almaniya hökuməti Türkiyənin FETÖ rəhbəri Fətullah Gülənin bu ölkədəki tərəfdarlarının hesablarını dondurmaq tələbini yerinə yetirməkdən imtina edib.
Bu barədə "Spiegel" mənbəyə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Ankara tərəfindən müvafiq tələb Almaniyanın Xarici İşlər Nazirliyinə bu ilin yazında göndərilib. Sənəddə Türkiyəni tərk edən və Gülənlə əlaqəsi olan 80 nəfərin adı qeyd edilib.Muxalifet - 3-09-2017
Tovuzda avtomobil 53 yaşlı kişini vurub: Sürücü qaçıb
Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Əyyublu kəndində baş verib.
Kənd sakini, 1964-cu il təvəllüdlü Nüsrət Dəmir oğlu Rzayev yolu keçmək istəyərkən onu sürücüsü hələlik məlum olmayan avtomobil vuraraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet - 3-09-2017
İlham Əliyevin sədrliyi ilə Lənkəranda müşavirə keçirilir
Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus mey...
Sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilir.
Dövlət başçısı müşavirəni giriş nitqi ilə açıb.Muxalifet - 3-09-2017
Usta qohumunun evində təmir apararakən ölüb: Elektrik cərəyanı vurub
Rauf Mehdi oğlunu elektrik cərəyanı vurub
Bakıda ev təmiri ilə məşğul olan usta bədbəxt hadisənin qurbanı olub.
Hadisə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov küçəsi, ev 22 ünvanında qeydə alınıb.
Belə ki, həmin ünvanda yaşayan qohumunun evində təmir işləri görən 45 yaşlı Rauf Mehdi oğlunu (soyadı dəqiqləşdirilir) elektrik cərəyanı vurub. Nəticədə Rauf Mehdi oğlu hadisə yerində dünyasını dəyişib.
Onun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.Muxalifet - 3-09-2017
Ana 2 övladı ilə 5-ci mərtəbədən özünü atmaq istəyib – MİNGƏÇEVİRDƏ
Qadını və övladlarını hüquq-mühafizə orqanları əməkdaşları intihardan qurtarıb
Mingəçevirdə 28 yaşlı qadın uşaqları ilə birlikdə özünü yaşayış binasının 5-ci mərtəbəsindən ataraq intihar etmək istəyib.
Hadisə şəhərin Heydər Əliyev prospekti, 35 saylı binada baş verib.Muxalifet - 3-09-2017
”Azərbaycanın hərbi gücünün qarşısında Ermənistan heç nədir” - TBMM ÜZVÜ
Türkiyə Böyük Millət Məclisi Milli Müdafiə Komissiyasının üzvü, Cümhuriyyət Xalq Partiyasının İstanbuldan olan millət vəkili Dursun Çiçəkin APA-ya müsahibəsi:
-Bir il əvvəl Suriyada həyata keçirilən “Fərat qalxanı” əməliyyatı davam edərkən bizə verdiyiniz müsahibədə Türkiyənin qərarlı şəkildə separatçıları bölgədən təmizləməsinin vacibliyini vurğulamışdınız. Gəldiyimiz nöqtədə Türkiyə orada yeni bir əməliyyata hazırlaşdığını təkidlə bəyan edir. Vəziyyəti necə dəyərləndirirsiniz?Muxalifet - 3-09-2017
Kürdəmirdə “Lifan” 50 yaşlı kişini vuraraq öldürüb
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə ötən gün gecə saatlarında rayonun Babək küçəsində qeydə alınıb.
Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Qalib Əlmusa oğlu Qasımov idarə etdiyi "Lifan" markalı minik maşını ilə hərəkətdə olarkən yolu keçən piyada Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü Fikrət Məhərrəm oğlu Əsgərovu vurub. Ağır xəsarət alan F. Əsgərov hadisə yerində ölüb.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.Muxalifet - 3-09-2017
ABŞ axtarışlardan sonra Rusiyanı diplomatik mülkiyyətindən məhrum edib
Rusiyanın San Fransiskodakı Baş Konsulluğu, Vaşinqton və Nyu Yorkdakı ticarət nümayəndəliklərinin yerləşdiyi binalar Dövlət Departamentinin tələbi ilə Amerika tərəfinə verilib.
Bunu “RİA Novosti”yə Rusiya və ABŞ nümayəndələri təsdiqləyiblər.
Rusiya tərəfi binalarda FTB əməkdaşlarının iştirakı ilə qanunsuz axtarışların aparıldığını iddia edir. ABŞ tərəfi isə FTB-nin iştirakını inkar edir və söhbətin axtarışlardan deyil, adi yoxlama və ya təftişdən getdiyini iddia edir.Muxalifet - 3-09-2017
“Əgər Rusiya hərbi aqressiyaya əl atsa bu, Azərbaycan da əhatə edəcək...”
Rusiya ordusunun Belarusla birlikdə bir neçə gün sonra başlatmağa hazırlaşdığı “Qərb-2017” irimiqyaslı hərbi təlimləri Qərbdə, o cümlədən Moskvanın qonşularında narahatlıqla izlənilir.
Muxalifet - 3-09-2017
Qəbələ meşələrindəki yanğını söndürə bilmirlər
Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində avqustun 28-dən başlamış yanğın davam edir.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.Muxalifet - 3-09-2017
Xərçəng xəstəliyinin müalicəsi tapıldı - İddia
İsveç alimləri xərçəng hüceyrələrini məhv edən müalicə üsulu tapıb.
CNN telekanalı xəbər verir ki, Qlazqo Universitetində tapılan yeni üsul zülalları aktivləşdirərək xərçəng hüceyrələrini öldürür, şişləri tamamilə aradan qaldırır və xəstəliyin təkrarlanmasının qarşısını alır.
Laboratoriyada araşdırma zamanı qalın bağırsaq hüceyrələrindən istifadə edilib (Azertac).Muxalifet - 3-09-2017
Türkiyə-Xorvatiya oyunu təxirə salındı
Türkiyə ilə Xorvatiya milli futbol komandaları arasında keçiriləcək qarşılaşma təxirə salınıb.
Milli komandalar arasında futbol yarışı sentyabrın 5-də deyil, 6-da keçiriləcək.
Dünən keçirilən Xorvatiya-Kosova futbol oyunu güclü yağışlar səbəbindən sentyabrın 3-nə keçirilib.
Bu səbəbdən də Türkiyə-Xorvatiya qarşılaşması sentyabrın 6-na keçirilib.Muxalifet - 3-09-2017
Məscid bar kimi istifadə olunur - RƏZALƏT
Bolqarıstanda “Böyük Məscid” adlanan və 523 yaşı olan məscid bar kimi istifadə olunur.
Türk saytları xəbər verir ki, bunu Mərmərə Universitetinin İncəsənət Tarixi Kafedrasıının müəllimi Nevel Konuk müəyyən edib. Sözügedən məscidin həyəti axşam saatlarında əyləncə mərkəzinə çevrilir.
Məlumat üçün deyək ki, Koca Mahmud Paşa məscidi Osmanlı dönəmində 1451-ci ildə vəzir Mahmud Paşa tərəfindən tikilib. Lakin məsciddə inşaat işləri vəzirin vəfatından 20 il sonra başa çatdırılıb və 1494-cü ildə fəaliyyətə başlayıb.Muxalifet - 3-09-2017
Gürcüstanda NATO ilə birgə təlimlər başlayır
Gürcüstanda 3-11 sentyabr tarixlərində NATO hərbçilərinin iştirakı ilə "Agile Spirit 2017" hərbi təlimlər başlayır.
Bu barədə Gürcüstan Müdafiə Nazirliyinin məlumatına bildirilir. Təlimlər komanda-qərargah və səhra manevrlərinin keçirilməsini nəzərdə tutur.
Bu gün saat 12.00-da Axaltsixe rayonunda yerləşən "Orfolo" poliqonunda "Agile Spirit 2017" hərbi təlimlərinin rəsmi açılış mərasimi keçiriləcək. Tədbirdə ölkə prezidenti Georgi Marqvelaşvili və müdafiə naziri Levan İsoriya iştirak edəcək.Muxalifet - 3-09-2017
62 yaşında ana olmağa hazırlaşan qadın - FOTO
İspaniyanın Luqo şəhərində yaşayan həkim, 62 yaşlı Lina Alvares ana olmağa hazırlaşır.
Qadın jurnalistlərə özünü əla hiss etdiyini deyib. Lina Alvaresin artıq iki övladı var. Böyük oğlunun 27, kiçiyinin isə 10 yaşı var.
Doğulacaq körpənin qız olacağı artıq məlumdur. Lina Alvares qızına elə öz adını qoyacağını bildirib./publika.azMuxalifet - 3-09-2017
Ağdaşda 40-dan çox mal-qara dərmandan tələf oldu
Ağdaşda iribuynuzlu heyvanlar kütləvi şəkildə tələf olub.
Hadisə səhər saatlarında rayonun Yenicə kəndində baş verib.
Kənd sakini Pərviz Əli oğlu Hüseynova məxsus mal-qara səhər örüşə aparılan zaman naməlum səbəbdən 41 baş iribuynuzlu inək yolun ortasında tələf olub. Kənd sakinləri hadisənin gigiyenik profilaktika üçün nəzərdə tutulan baytarlıq preparatlarından qaynaqlandığını bildirirlər. Axşamdan heyvanlara tətbiq olunmuş dərmanlar səhər onların tələfatına gətib çıxarıb.Muxalifet - 3-09-2017
Erməni qaçaqmalçı Kolumbiyada qətlə yetirildi
Kolumbiya Milli Azadlıq Ordusunun əsirliyində olan əslən erməni olan Rusiya vətəndaşı Arsen Voskanyan öldürülüb.
Bu barədə informasiyanı “Röyter” agentliyi yayıb. Agentlik Voskanyanın aprel ayında girovluqdan qaçmağa cəhd edərkən qətlə yetirildiyini bildirib.
Qeyd edək ki, Voskanyan Rusiya ilə yanaşı həm də Ermənistan vətəndaşı olub. 2016-cı ildə girov götürülən Voskanyan Kolumbiyaya qaçaqmalçılıq üçün getmişdi.Muxalifet - 3-09-2017
İran kürdlərə qarşı təzyiqlərə başladı
İraq Kürd Muxtar Vilayətində baş tutacaq müstəqillik referendumunu heç vaxt qəbul etməyəcəyik.
Bunu tərəfdarları qarşısında çıxışı zamanı İraq Şiə Milli Koalisiyasının rəhbəri Əmmar Əl Həkim söyləyib. Onun sözlərinə görə, bu referendum İraqın problemlərinin sonu olmayacaq.
Qeyd edək ki, İraq Kürd Muxtar Vilayəti müstəqilliklə bağlı referendumu sentyabrın 25-də keçirəcək.
İraq Şiə Milli Koalisiyası İran tərəfindən dəstəklənir. Bu koalisiya 2005-də 14 şiə təşkilatının ittifaqı ilə qurulub.Muxalifet - 3-09-2017
"Almaniya fetoçulara sahib çıxır" - ÇAVUŞOĞLU
Bir FETÖ-çunu həbs etdiyimiz zaman öncə Almaniya ayağa qalxır.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Terrora qarşı mübarizə aparacağıq. Onlara ( FETÖ-çu) Almaniya qucaq açır. Harda bir FETÖ-çu varsa, Avropaya sığınır. İcazə verirsiniz. Nə üçün onlara sahib çıxırsınız? Bir FETÖ-çunu həbs etdiyimiz zaman Almaniya ayağa qalxır. Nə olub sənə?” - nazir bildirib.Muxalifet - 3-09-2017
"Quran tənqid edilməlidir" – ROMA PAPASI
Quran üzərində tənqidi yazılar hazırlanmalıdır.
“İstiqlal” xəbər verir ki, bu sözləri katolik kilsəsinin lideri Papa Fransisk deyib.
“Düşünürəm ki, bizim öz müqəddəs kitablarımız üçün hazırladığımız tənqidi mətnlərdən Qurani-Kərim üçün də yazılmalıdır. Tarixi tənqidi yazıların hazırlanmasının inkişafa doğru aparacağını düşünürəm”, - deyə o bildirib.Muxalifet - 3-09-2017