Tovuzda avtomobil 53 yaşlı kişini vurub: Sürücü qaçıb

Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə rayonun Əyyublu kəndində baş verib.
Kənd sakini, 1964-cu il təvəllüdlü Nüsrət Dəmir oğlu Rzayev yolu keçmək istəyərkən onu sürücüsü hələlik məlum olmayan avtomobil vuraraq hadisə yerindən qaçıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.