Axtarış

The search found 105857 results in 0.028 seconds.

Search results

  1. "Sadə tibbi maska 30 qəpikdən baha ola bilməz" - İBRAHİM MƏMMƏDOV

    "Xarici istehsalçılar tibbi maskanı baha satır. Yerli idxalçılar da onlardan məhsulu baha alaraq ölkəyə gətirir və satışa çıxarır".
    Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.
    Onun sözlərinə görə, bununla belə, ölkə daxilində sadə tibbi maskanın qiyməti 30 qəpikdən baha ola bilməz: "Çünki idxalçılarla dövlət arasında razılaşma var. İdxal və  satış qiymətləri arasındakı fərqli Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) ödəyir".

    Muxalifet4 - 9-04-2020

  2. SON DƏQİQƏ: Qordon Braunun çağırış etdiyi "QLOBAL DÜNYA DÖVLƏTİ" qurulurmu? / Video

    İngiltərə köhnə baş naziri Gordon Brownun "qlobal hökumət qurulsun" çağırışının ardından dünya daxilində 100 nəfəri köhnə dövlət başçısı və baş nazir olmaq üzrə 205 nəfərlik bir siyahı meydana gətirdi, Türkiyədən də qlobal siyahıya 3 ad dəstək verdi.

    Muxalifet3 - 9-04-2020

  3. Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin üzvü təyin edildi - YENİ SƏDRİ KİM OLACAQ?

    Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
     
    “Report” xəbər verir ki, məsələ müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
     
    Qeyd edək ki, sonuncu dəfə Milli Məclis Elman Rüstəmovu bu vəzifəyə 3 aprel 2015-ci il tarixində, 5 il müddətinə təsdiqləyib.
     
    9 aprel 2015-ci il tarixində isə Prezident İlham Əliyev bu təyinatla bağlı sərəncam imzalayıb.
     

    Muxalifet4 - 9-04-2020

  4. Səudiyyə şahzadələri də koronavirusa yoluxdu

    Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın valisi 77 yaşlı şahzadə Bəndər bin-Əbdüləziz də daxil olmaqla kral ailəsinin 150 üzvü koronavirusa yoluxub.
    Bu haqda məlumatı “CNNTurk” yayıb.
    Bildirilib ki, kral ailəsinə daxil olan minlərlə şahzadə Avropaya səyahət edir. Onların virusa Avropada yoluxduqları ehtimal olunur.
    84 yaşlı kral Salman bin-Əbdüləzizin Qırmızı dəniz sahillərində yerləşən Ciddə şəhərinə yaxın bir adadakı sarayda özünütəcrid şəraitində yaşadığı bildirilib.

    Muxalifet4 - 9-04-2020

  5. Bu gündən 190 manatın verilməsinə başlanılacaq - ARTIQ 30 MİN İNSAN...

    “Bu gündən ilk araşdırmadan keçən işsizlərə birdəfəlik ödənişlərin verilməsinə başlamağı planlaşdırırıq”.
    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev REAL TV-yə müsahibəsində deyib.
    Nazirin sözlərinə görə, sayın kifayət qədər çox olduğunu nəzərə alaraq bu o demək deyil ki, hamıya bir gündə ödəniş olunacaq: “Artıq 30 min insanın məlumatı emal olunub və onlarla bağlı qərar qəbul edilib. Ödəniş qrafikini də tənzimləməyə çalışırıq”.

    Muxalifet4 - 9-04-2020

  6. Koronavirusa yoluxanların sayı 1,5 milyon nəfəri ötdü

    Dünyada koronavirusa yoluxanların sayı artıb.
    Bu barədə ayrı-ayrı ölkələrin statistikasını aparan Cons Hopkins Universiteti məlumat yayıb.
    Məlumata görə, dünyada COVID-19 infeksiyasına yoluxanların sayı 1 504 971 nəfərə çatıb.
    Qeyd edilir ki, virusa 200-dən çox ölkədə demək olar, 88 min insan yoluxub.
    Koronavirusa ən çox yoluxma ABŞ-da aşkarlanıb. Son məlumatlara görə, Birləşmiş Ştatlarda COVID-19 yoluxma ilə bağlı 424 945 hal qeydə alınıb. Daha əvvəl bildirilirdi ki, ABŞ-da koronavirusa qurbanlarının sayı 14 min nəfəri ötüb.

    Muxalifet4 - 9-04-2020

  7. ​"Dövlət sosial öhdəliyindən irəli gələn vəzifələri icra etməlidir" - OSMAN GÜNDÜZ

    "190 manat sosial yardımın ayrılması prinsipləri və onun əldə olunması mexanizmi bəlkə də xüsusi karantin rejimi müddətində hökumətin ən çox tənqid olunan addımı oldu. Hökumət rəsmiləri 190 manatın koronavirus pandemiyası təsirlərini azalda biləcəyi ilə bağlı sualları qarşısında çox zəif görsənirlər”.
    Bu fikirlər "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzə məxsusdur.

    Muxalifet4 - 9-04-2020

  8. BƏƏ Türkiyəyə qarşı İdlibdə savaş başlatmaq üçün Bəşər Əsədə 3 milyard təklif etdi - Əsəbdən dəliyə dönən Putin Əsədin ipini çəkdi - ŞOK İDDİA

    Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu Dabi vəlihəd şahzadəsi Məhəmməd bin Zeydin Türkiyəyə qarşı Əsəd rejiminə 3 milyard dollar pul təklif etdiyi iddia olunub. 

    Bu haqda mərkəzi ofisi Londonda yerləşən və Yaxın Şərqlə bağlı sensasion xəbərləri ilə məşhur olan "Middle East Eye" (MEE) xəbər agentliyi məlumat yayıb. 

    Agentliyin məlumatına görə, BƏƏ Türkiyənin Lİviyada rolunu azaltmaq və diqqətini Suriyaya yönəltmək üçün Əsəd rejimini İdlibdə atəşkəsi pozmağa təhrik edir. 

    Muxalifet4 - 9-04-2020

  9. Abşeron “kraliçası” kornovirus üsyanı yaradır: insanlar DTX-dan kömək umur – VİDEO / FOTO

    Ölkədə pandemiya ilə bağlı elan olunan karantin rejimi bir çox insanların dolanışığında ciddi problem yaradıb. Hazırki situasiya icra başçılarının və bəzi məmurların ölkə rəhbərinə vətəndaşların yüksək yaşayış tərzi ilə bağlı dediyi yalanları ifşa edir. Artıq nazır Sahil Babayevə qarşı qəzəb və nifrərt göz önündədir. Onun vətəndaşlara laqeyd münasibəti yerlərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən də eyni şəkildə müçahidə olunur. Bununla bağlı Abşeron rayonunda baş verənləri sizə təqdim edirik:

    Muxalifet4 - 9-04-2020

  10. Bu gündən yeni qadağalar tətbiq olunur - BU ŞƏXSLƏRİN İCAZƏSİ LƏĞV OLUNDU

    Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” üzrə qeydə alınmış məlumatların mütəmadi olaraq təhlili aparılır.

    Muxalifet4 - 9-04-2020

  11. "Bu iqtidar göstərir ki, adamı nəinki çörəklə imtahana çəkərlər, hətta acından öldürərlər də"

    "Azərbaycan xalqı tarixən çox çətinlikləri dəf edib, heç şübhəsiz ki, bunu da aşacaq. Amma karantin dövründə iqtidarın çörəyə, ərzağa möhtac olan yoxsul təbəqəyə göstərdiyi pisliyi heç vaxt yaddan çıxarmayacaq. Atalar adamı çörəklə imtahana çəkməzlər deyiblər, görünür yanılıblar. Çünki bu iqtidar sahibləri göstərir ki, adamı nəinki çörəklə imtahana çəkərlər, hətta acından öldürərlər də".
    Hurriyyet.org xəbər verir ki, bu fikirlər Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğluna məxsusdur.

    Muxalifet4 - 9-04-2020

  12. Mərkəzi Bank kredit borclarının dondurulmasını müzakirə edir - ELMAN RÜSTƏMOVDAN AÇIQLAMA

    Milli Məclisin iclasında xüsusi karantin dövründə vətəndaşların banklara olan kredit borclarının dondurulması təklif edilib.

    Muxalifet.az report-a istinadla xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edib.

    Deputatın çıxışına cavab olaraq isə Mərkəzi Bank sədri Elman Rüstəmov bu məsələnin hazırda müzakirə edildiyini bildirib.

    Muxalifet4 - 9-04-2020

  13. Bu şəxslərə də 190 manatlıq yardım veriləcək – NAZİRLİK AÇIQLADI

    “İşsizlər üçün birdəfəlik ödəmə ailədə ər və ya arvaddan birinə, habelə işsiz olan əmək qabiliyyətli övladlarına veriləcək”.

    Muxalifet.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək.

    Muxalifet4 - 9-04-2020

  14. "3 milyardın 114 milyonu vətəndaşa paylanacaqsa, bəs qalan pullar hanı?"

    Bu var gücümlə rəsmi qurumlara kömək etmək istəyimi heç kim inkar edə bilməz. Özü də bu hakimiyyətə sevgimdən yox, vəziyyətin gərginliyindən əmələ gəlir. Bir aya yaxındır ki, hakimiyyət koronavirusla bağlı əhaliyə yardım paketi hazırladığını elan edirdi və artıq neçə gündür ki, paketin hazır olduğunu, hazırda pulların paylandığını deyir. İndi mən sadə bir vətəndaş hakimiyyətin niyyətinin nə olduğunu başa düşmək üçün yazılanları bir az çək-çevir edim.

    Muxalifet4 - 9-04-2020

  15. Məşhur professordan koronavirusla bağlı hər kəsi ŞOKA SALACAQ MÜSAHİBƏ: Bu dəhşətlər hamısı saxtadır, əslində... - VİDEO

    Tibb elmləri doktoru, professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki, epidemiologiya və profilaktik tibb sahəsinin mütəxəssisi İqor Qundarov koronavirusun yeni yaranmadığını, onun 50-ci illərdə araşdırılmağa başlandığını deyib.

    Professor Rusiya mətbuatına verdiyi müsahibəsində koronavirus pandemiyası haqqında birmənalı qarşılanmayan fikirlər səsləndirib.

    Publika.az professorun müsahibəsini təqdim edir.

    Koronavirus nədir?

    Muxalifet4 - 9-04-2020

  16. Yaşlı deputatların iclasda iştirakı qadağan edilməyib? - AÇIQLAMA

    “Yaşı 65-dən yuxarı olan deputatlar iclasa gələ bilər”.

    Bunu parlamentin iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib. O, bu barədə həmkarı Qüdrət Həsənquliyevin təklifinə reaksiya verərkən deyib. Bildirib ki, hansı deputat istəyirsə, plenar iclasda iştirak edə bilər: “65 yaşdan yuxarı deputatların iştirakı qadağan edilməyib”.
     
    Spiker Sahibə Qafarova əlavə edib ki, dünən videokonfrans zamanı da bu barədə komitə sədrlərinə məlumat verib.

    Muxalifet4 - 9-04-2020

  17. MART AYINDA TİBB İŞÇİLƏRİNİN MAAŞINDAN KƏSİLİB - "Geyimləri, maskaları, əlcəkləri də özümüz alırıq" / ŞİKAYƏT

    Sumqayıt şəhər Təcili Tibbi Yardımın stansiyasının tibbi heyəti mart ayında maaşlarından kəsilmə olduğunu və rəhbərliyin şikayətlərini geri götürməsi üçün onlara təzyiq etdiyini deyirlər.

    Təcili Tibbi Yardımın əməkdaşları onların koronavirus təhlükəsi ilə hər gün üzləşmələrinə baxmayaraq, lazimi qoruyucu vasitələrlə təmin edilməmələrindən də narazıdırlar.

    Muxalifet4 - 9-04-2020

  18. 23 deputat Milli Məclisin iclasına qatılmadı - SİYAHI

    Milli Məclisin bu gün keçirilən iclasında 23 deputat iştirak etmir.

    Yenisabah.az xəbər verir ki, onlar yaşı 65-dən yuxarı olan deputatlardır. Martın 24-dən Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə çərçivəsində xüsusi karantin rejimi tətbiq edilib.

    Muxalifet4 - 9-04-2020

  19. BANKLAR VƏTƏNDAŞLARIN DEPOZİTLƏRİNİ NİYƏ QAYTARMIR? – Ekspert: "Heç bir bankın buna ixtiyarı yoxdur"

    "İndiki halda depozitin qaytarılmamasının heç bir hüquqi əsası yoxdur"

    Muxalifet4 - 9-04-2020

  20. Polislə qalmaqal yaradan şəxs Səfa Mirzəyevin işçisi çıxdı – Milli Məclisdən qovuldu

    Karantin qurğularını qıran “tikinti kralı”nın oğlu Milli Məclisdə işləyirmiş

    Dünən Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb.

    BakuPost-a daxil olan məlumata görə, hadisəni törədən Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb. Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb.

    Muxalifet4 - 9-04-2020

Pages